Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-269/2023 27.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx xxxx 1954-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində yaşayan X3 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş 26 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 məxsus bir baş iri buynuzlu heyvan 20 iyul 2023-cü il tarixdə Qobustan şəhəri Elyar Vəliyev küçəsi ərazisində Qobustan şəhər sakini X4 idarə etdiyi “Hyundai” markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək maddi ziyan vurmuşdur. Bununla da X3 Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirdi ki, 20 iyul 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində heyvanlar naxırdan gələrkən ona məxsus bir baş iri buynuzlu heyvan Qobustan şəhəri Elyar Vəliyev küçəsi ərazisində qəflətən yola çıxmış, həmin vaxtı Qobustan şəhər sakini X6 idarə etdiyi “Hyundai” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə etdiyindən avtomaşını saxlaya bilməyərək ona məxsus bir baş iri buynuzlu heyvanı vurub öldürmüşdür. İnəyini sahibsiz buraxmamış, heyvanlardan 20-30 metr aralıda olmuşdur. Avtomaşına dəyən ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahat verərək göstərdi ki, 20 iyul 2023-cü il tarixdə saat təxminən 21:05 radələrində idarə etdiyi “Hyundai” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomaşında Qobustan şəhəri Elyar Vəliyev küçəsi ərazisində hərəkətdə olarkən hava qaranlıq olduğu üçün qarşısına çıxan bir baş iri buynuzlu heyvanı vurmuş, nəticə də inək ölmüşdür. Həmin vaxtı heyvanlar sahibsiz olmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmiş və ölən heyvanın şəhər sakini Yaxşıyaxım Əlverdiyevaya məxsus olduğu müəyyən edilmişdir. Nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin 22 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Qobustan şəhəri Elyar Vəliyev küçəsində 20 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı, 25 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. X2 inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-269/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-269/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver