Məhkəmə qərarları › İş №3(026)-271/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-271/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-271/2022 13.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 03 avqust 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mirzağa Əliyev küçəsi ev 8, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 iyul 2022-ci il tarixdə idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Sunny” markalı avtomaşına ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 11 iyul 2022-ci il tarixdə saat 20:15-də sürücülük hüququ olmadan idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 79cu km-də idarəetməni itirmiş, nəticədə idarə etdiyi avtomaşın yolun sağ tərəfində hərəkətdə olan “Nissan Sunny” markalı ** HR *** qeydiyyat nişanlı avtomaşının yan tərəfindən dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşına dəymiş ziyana görə avtomaşının sürücüsü Zərərçəkmiş şəxs 3000 manat ödəmişdir. Əməlindən peşmandır. İşdə olan Zərərçəkmiş şəxs izahatından görünür ki, Şəxs avtomaşınına dəymiş ziyana görə 3000 manat pul almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, dəymiş ziyanı ödəməsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar