Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-272/2021 15.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxslər X9 və X4 iştirakı ilə, xx xxxx 1958-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəyirli kəndində qeydiyyatda olan X5 barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən X3 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5 09 noyabr 2021-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində qonşusu X8 və X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək göstərdi ki, 09 noyabr 2021-ci il tarixdə yaşadığı Cəyirli kəndində qonşusu İlhamə və onun bacıları Lalə və Dilşad öz həyətlərində olan zaman onun bacısı Payızxanım Zülfüqarovanı nalayıq ifadələrlə söyüb təhqir etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, 09 noyabr 2021ci il tarixdə yaşadığı Qobustan rayonunun Cəyirli kəndində yerləşən həyətdə iş gördüyü zaman qonşusu X2 və onun bacısı Nərgizin onu söyüb təhqir etdiklərini eşitmişdir. Buna da səbəb həyətlərində olan su bulağının sökülməsi olmuşdur. Həmin bulağın sökülməsinə görə aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, 09 noyabr 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Cəyirli kəndində yerləşən evinin arxasında olan bulaqdan axan suyun onun həyətində tikdirdiyi damın uçmasına səbəb olur, ona görə də qonşuları ilə aralarında mübahisə yaranır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Zülfüqarova Nərgiz Teymur qızı Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-272/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-272/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver