Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-272/2022 27.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin təmsilçisi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Qobustan rayonu, Qobustan şəhəri, Ş.Şikarov küçəsində yerləşən "xxxx" tibb kursu obyektinə məxsus reklamların 01 yanvar 2022-ci il tarixdən müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, 06 iyul 2022-ci il tarixdə monitorinq keçirilən zaman Qobustan şəhəri Ş. Şikarov küçəsində yerləşən "xxxx" tibb kursu obyektinə məxsus reklamların 01 yanvar 2022-ci il tarixdən müvafiq icazə sənədi olmadan və ödəniş etmədən fəaliyyət göstərdiyi məlum olmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən reklam yayımlanmasına dair qanuni icazə alınmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X2 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən ona zəng olunaraq "xxxx" MMC-in üzərinə vurulan reklamın qanunsuz olduğunu və buna görə müqavilə bağlamalı olduğunu bildirilmişdir. 5 gün ərzində həmin reklamın artıq hissələrini sökmüş və adı saxlamışdır. 2 kv olan reklam üçün müqavilə bağlanması üçün Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə müraciət etməyinə baxmayaraq bu günə kimi müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin 06 iyul 2022-ci il tarixli 051 saylı baxış aktından görünür ki, Qobustan şəhəri Ş. Şikarov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərində yerləşdirildiyi reklamların idarənin 09 iyul 2022-ci il tarixli Ri-8/01-04/457 nömrəli xəbərdarlıq məktubunun 18 iyun 2020-ci il tarixdə poçt vasitəsi ilə cəmiyyətə çatmasına və imza edilərək alınmasına baxmayaraq, təkrar baxış keçirilərkən obyektin qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin 08 iyun 2022-ci il tarixli 000123 saylı aktından görünür ki, Qobustan şəhəri Ş. Şikarov küçəsində yerləşən "xxxx" tibb kursu obyektinə aid reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanması aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı 09 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, fəaliyyəti ilə məşğul olduğu "xxxx" tibb kursu obyektinə aid olan reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlarını həyata keçirməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunması bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin təmsilçisi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. "xxxx" MMC-nin rəhbərliyinin törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinib 5000 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-272/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-272/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver