Məhkəmə qərarları › İş №3(026)-273/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-273/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-273/2021 15.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx xxxxxx 1958-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəyirli kəndində qeydiyyatda olan X3 barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən X1 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 09 noyabr 2021-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində qonşusu X7 və X2 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək göstərdi ki, 09 noyabr 2021-ci il tarixdə yaşadığı Cəyirli kəndində qonşusu İlhamə və onun bacısı Dilşadla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı İlhamə və Dilşad Həsənovalar onu nalayıq ifadələrlə söyüb təhqir etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, 09 noyabr 2021ci il tarixdə yaşadığı Qobustan rayonunun Cəyirli kəndində yerləşən həyətdə iş gördüyü zaman qonşusu X3 və onun bacısı Nərgizin onu söyüb təhqir etdiklərini eşitmişdir. Buna da səbəb həyətlərində olan su bulağının sökülməsi olmuşdur. Həmin bulağın sökülməsinə görə aralarında mübahisə yaranmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar