Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-274/2021 16.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxx 1957-ci ildə ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 noyabr 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində X2 ictimai yerdə söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X3 onunla həmkəndli olmaqla Nabur kəndində yaşayırlar. Kamalın oğlu Telman Əhmədov özünə məxsus 07 markalı avtomaşınla onun həyətinin qarşısından çox sürətlə keçdiyinə görə təxminən bir ay bundan əvvəl Telmanın bu hərəkətlərindən onun atası Kamala şikayət edərək, Telmanın avtomaşını yüksək sürətlə idarə etdiyi, həmin küçədə azyaşlı nəvələrinin oynadığını və Telmana küçədən keçərkən sürəti azaltmasını tapşırmasını demişdir. Kamal isə ona bir söz deməyərək gülüb getmişdir. Bir neçə gündən sonra yenidən Telmanın avtomaşını yüksək sürətlə idarə etdiyini görüb onu saxladaraq ona da iradını bildirmişdir. Telman isə avtomaşından düşərək əlində olan pivə şüşəsinin ağzını açıb içməyə başlamış və ona heç nə edə bilməyəcəyini demişdir. Bu barədə Telmanın işlədiyi idarəyə müraciət etmiş və ona heç bir cavab verilməmişdir. Kamal ona şər atır, o heç kimi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, həmkəndlisi Şəxs təxminən bir ay əvvəl küçəyə torpaq tökdüyü üçün ondan Nabur kənd icra nümayəndəliyinə şikayət etmişdir. Ondan sonra Şəxs onunla ədavət aparır, onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir edir. Şəxs hərəkətlərindən Qobustan rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-274/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-274/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver