Məhkəmə qərarları › İş №3(026)-275/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-275/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-275/2023 02.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 sentyabr 2023-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində X1 əkib becərdiyi 600 kq kələmi yararsız hala salmaqla ona 360 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. X3 onun böyük qardaşı Cavidin arvadıdır və öz evində ayrı yaşayır. Alimenti ödəmədiyi üçün 10 gün müddətinə həbs edilmişdir və həbs edilməsində Sevdanı günahkar bilmişdir. Ona görə də 15 sentyabr 2023-cü il tarixdə Sevdanın həyətinə getmiş, lakin Sevdanın əkdiyi kələmləri kəsib doğramamışdır. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşamaqla həyətdə əkin-biçin və təsərrüfatla məşğul olur. X5 9 aydır ki, həbsdədir. Camil onun qaynıdır, onunla qonşuluqda yaşayır. Camil tüfeyli həyat tərzi keçirir. Camil aliment borcunu ödəmədiyi üçün həbs edilmiş və həbsində onu günahkar bildiyi üçün 15 sentyabr 2023-cü il tarixdə onun həyətinə gələrək əkdiyi kələmləri kəsib doğramaqla ona maddi ziyan vurmuşdur. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 sentyabr 2023cü il tarixli qərarında göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 sentyabr 2023cü il tarixli qərarında göstərilir ki, Qobustan rayon X6 Mərkəzinin 25 sentyabr 2023-cü il tarixdə vermiş olduğu arayışda 2023-cü ilin sentyabr ayı üzrə bir kiloqram yetişmiş kələm bitkisinin bazar qiymətinin təxminən 0.55-0.60 qəpik olması göstərilmişdir. X2 təxminən 360 manat ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş 360 manat maddi ziyanın bir misli miqdarında, yəni 360 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar