Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-276/2023 02.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 11 iyun 1990-cı ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 01 oktyabr 2023-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində öz həyətlərində sərxoş vəziyyətdə səs-küy salaraq münaqişə yaratdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 01 oktyabr 2023-cü il tarixdə yaşadığı Nabur kəndində evlərində qardaşı Ceyhunla aralarında heç bir səbəb olmadan mübahisə yaranmış, bu barədə DİNin 102 xidmətinə zəng vurub məlumat vermişlər. Buna görə Qobustan rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş, onu nizam-intizama dəvət etsələr də, sərxoş vəziyyətdə olduğuna görə ucadan nalayiq sözlər demişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qobustan rayon mərkəzi xəstəxanasının sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 oktyabr 2023-cü il tarixli 204 saylı aktında göstərilir ki, Şəxs 01 oktyabr 2023-cü il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-276/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-276/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver