Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-279/2021 18.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1964-cü ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 18 noyabr 2021-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)- 490/2018 saylı və 20 aprel 2018-ci il tarixli 2(026)-108/2021 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-490/2018 saylı icra sənəsinə əsasən Şəxs 3000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X2 verilməsi və Qobustan rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(026)- 108/2021 saylı icra sənədlərinə əsasən Şəxs maddi ziyana görə 2800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X3 verilsinə dair icra vərəqələri üzrə borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, borcunu ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-490/2018 saylı icra sənədinə əsasən ondan 3000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X2 verilməsinə və Qobustan rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(026)-108/2021 saylı icra sənədinə əsasən ondan maddi ziyana görə 2800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X3 verilməsinə dair icra vərəqəsi üzrə borclarını heç bir yerdə işləmədiyi üçün ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-490/2018 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 3000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(026)-108/2021 saylı icra sənədindən görünür ki, Şəxs Malsyzadə oğlundan maddi ziyana görə 2800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 12 iyul 2019-cu il tarixli 224973/2018-32-4 saylı və 07 oktyabr 2021-ci il tarixli 224973/2018-32-4 saylı borclunun axtarılması haqqında qərarlarından görünür ki, borclu Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-279/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-279/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver