Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-28/2022 07.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxx 1963-cü ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs 04 yanvar 2022-ci il tarixdə Qobustan rayonunun Çalov kənd sakini X3 yumruqla vuraraq xəsarət yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Vəfadar Ağayev onun həmkəndlisidir və münasibətləri normal olmuşdur. Bir neçə müddətdir Vəfadarla aralarında torpaq məsələləri səbəbindən mübahisələri olmuşdur. 04 yanvar 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan əkin yerini şumladarkən Vəfadar ona yaxınlaşaraq yenə mübahisə etmiş, mübahisə zamanı Vəfadarı özündən uzaqlaşdırmaq üçün itələmişdir. Həmin vaxt isə onun sağ əli Vəfadarın dodağına dəymişdir. Hadisəni Fuad adlı traktor sürücüsü görmüşdür. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o kənddə müəllim işləyir, Şəxs onun həmkəndlisidir və münasibətləri daima normal olmuşdur. Bir qədər bundan əvvəl isə Çalov kəndi ərazisində olan torpaq məsələsi səbəbindən aralarında mübahisələr olmuşdur. Həmin mübahisəli torpaq sahəsini 2012-ci il tarixdə Qobustan rayon Çalov kənd bələdiyyəsindən almış, lakin daha sonra torpaqla əlaqədar Gülağa adlı şəxslə aralarında mübahisələr olmuşdur. 04 yanvar 2022-ci il tarixdə isə o, öz yaşadığı evdən çıxdıqda həmin torpaq sahəsində qazıntı işinin aparıldığını görmüş və həmin yerə getmişdir. Həmin şəxsin Gülağa olduğunu görüb ondan bunun səbəbini soruşduqda aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Gülağa onun dodaq hissəsindən yumruqla zərbə vuraraq üst dodağını partlatmışdır. Bundan sonra 5-6 təpik də dizinə və qarnına vurmuşdur. Gülağa onu döyərək kənd arasında və işlədiyi pedaqoji kollektiv arasında nüfuzdan salmışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. İşdə olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PAB-nin 04 yanvar 2022-ci il tarixli 210 saylı rəyində X1 üst dodağın selikli qişasının əzilmişcırılmış yarası, onurğa və sol bud nahiyələrinin qançırı küt əşyanın təsirindən törənmişdir, 04 yanvar 2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi mümkündür. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi 27 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, lakin X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada təbdir görülməsi üçün Qobustan rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-28/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-28/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver