Məhkəmə qərarları › İş №3(026)-280/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-280/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-280/2021 23.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X3 və X1 iştirakı ilə, xx xxxxxx 1939-cu ildə ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sədəf kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 noyabr 2021-ci il tarixdə X3 və X2 şəxsi münasibətlər zəminində söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmkəndlisi X3 ilə aralarında torpaq məsələləri səbəbindən mübahisə yaranmışdır. Həmin torpaq sahəsi əvvəllər ona məxsus olmuşdur. 01 noyabr 2021-ci il tarixdə o, ona məxsus olan torpaq sahəsində tikinti işlərinin aparıldığını görüb həmin əraziyə yaxınlaşdıqda Təbiyyət və Təbiyyətin oğlu Mərhəmətin orada olduğunu görmüşdür. O, Təbiyyətdən bunun səbəbini soruşduqda Təbiyyət ona həmin torpaq sahəsini aldığını və həmin torpaq sahəsində özünə məxsus ev tikəcəyini bildirmişdir. Aralarında olan mübahisə zamanı bir-birinə qarşı nalayiq sözlər demişlər. O, bu məsələyə etirazını bildirdikdə Mərhəmət ona yaxınlaşaraq onun köynəyinin yaxasından yapışmış, Təbiyyət isə əlində olan daş parçası ilə onun sol əlindən vuraraq onu döymüşdür. O. həmin zərbədən sonra yerə yıxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir və münasibətləri normal olmuşdur. Bır neçə müddətdir ki, onların arasında torpaq məsələsi səbəbindən mübahisələr yaranmışdır. O, Qobustan rayonunun Sədəf kəndi yaxınlığında olan torpaq sahəsini 2005-ci il tarixdə bələdiyyədən alaraq öz mülkiyyətinə keçirmişdir. Həmin gündən bu vaxta qədər Dursunalı ilə aralarında bu səbəbdən mübahisələr yaranmışdır. 01 noyabr 2021-ci il tarixdə o, özünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmağa başlamaq istəyərkən Şəxs onlara yaxınlaşıb torpaq sahəsinin guya ona məxsus olduğunu iddia edərək onu və oğlu Mərhəməti söyüb təhqir etməyə başlamışdır. Bu zaman onun oğlu Mərhəmət Şəxs köynəyınin yaxasından yapışaraq onu itələmişdir. Həmin vaxtı Şəxs onu və ailəsini söyüb təhqir etmiş, lakin o Şəxs döyməmişdir. Zərərçəkmiş şəxs Nuriyev Mərhəmət Təbiyyət oğlu zərərçəkmiş şəxs X3 ilə eyni məzmunlu izahat verdi. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Şəxs, X3 və X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Qobustan rayon MTE və PA birliyinin verdiyi 10 noyabr 2021-ci il tarixli 210-saylı rəyində Şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar onunan xəsarətlər- sol əlin tış səthi, və sağ diz oynağı nahiyyələrinin qançırları bərk kut əşya təsirindən, 01 noyabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, səhhətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar