Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-281/2021 23.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuriyev Təbiyyət Möhübbət oğlunun və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxx 1972-ci ildə Şamaxı rayonunun Sədəf kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sədəf kəndində yaşayan Nuriyev Təbiyyət Möhübbət oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs Möhübbət oğlunun 01 noyabr 2021ci il tarixdə həmkəndlisi X1 göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuriyev Təbiyyət Möhübbət oğlu izahatında göstərdi ki, Dursunalı Eminov onun həmkəndlisidir və münasibətləri normal olmuşdur. Bır neçə müddətdir ki, onların arasında torpaq məsələsi səbəbindən mübahisələr yaranmışdır. O, Qobustan rayonunun Sədəf kəndi yaxınlığında olan torpaq sahəsini 2005-ci il tarixdə bələdiyyədən alaraq öz mülkiyyətinə keçirmişdir. Həmin gündən bu vaxta qədər Dursunalı ilə aralarında bu səbəbdən mübahisələr yaranmışdır. 01 noyabr 2021-ci il tarixdə o, özünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmağa başlamaq istəyərkən Dursunalı Eminov onlara yaxınlaşıb torpaq sahəsinin guya ona məxsus olduğunu iddia edərək onu və oğlu Mərhəməti söyüb təhqir etməyə başlamışdır. Bu zaman onun oğlu X5 köynəyınin yaxasından yapışaraq onu itələmişdir. Həmin vaxtı Dursunalı Eminov onu və ailəsini söyüb təhqir etmiş, lakin o Dursunalı Eminovu döyməmişdir. X7 barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, həmkəndlisi Şəxs Möhübbət oğlu ilə aralarında torpaq məsələləri səbəbindən mübahisə yaranmışdır. Həmin torpaq sahəsi əvvəllər ona məxsus olmuşdur. 01 noyabr 2021-ci il tarixdə o, ona məxsus olan torpaq sahəsində tikinti işlərinin aparıldığını görüb həmin əraziyə yaxınlaşdıqda Təbiyyət və Təbiyyətin oğlu Mərhəmətin orada olduğunu görmüşdür. O, Təbiyyətdən bunun səbəbini soruşduqda Təbiyyət ona həmin torpaq sahəsini aldığını və həmin torpaq sahəsində özünə məxsus ev tikəcəyini bildirmişdir. O, bu məsələyə etirazını bildirdikdə Mərhəmət ona yaxınlaşaraq onun köynəyinin yaxasından yapışmış, Təbiyyət isə əlində olan daş parçası ilə onun sol əlindən vuraraq onu döymüşdür. O. həmin zərbədən sonra yerə yıxılmışdır. Hazırda Şəxs Möhübbət oğlu ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, X6, Şəxs Möhübbət oğlu və X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Qobustan rayon MTE və PA birliyinin verdiyi 10 noyabr 2021-ci il tarixli 210-saylı rəyində X3 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar onunan xəsarətlər- sol əlin tış səthi, və sağ diz oynağı nahiyyələrinin qançırları bərk kut əşya təsirindən, 01 noyabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Möhübbət oğlunun və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Möhübbət oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən Şəxs Möhübbət oğlu zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Möhübbət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-281/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-281/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver