Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-281/2023 09.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 2001-ci ildə Qobustan rayonunun Qurbançı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qurbançı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı protokolda Şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində “Toyota Prius” (HİBRİD) markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 03 oktyabr 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinə getmək üçün “Bolt-taksi” şirkətindən taksi sifariş etmişdir. “Toyota Prius” (HİBRİD markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşın gələrək onu yaşadığı ünvana gətirmişdir. Yolda taksi sürücüsü ilə söhbət edərək aralarında münasibət yaratmışlar. Hökməli ərazisində olan “Dost” marketdən 2 şüşə pivə alaraq birini taksi sürücüsü İlham Həsənov, birini isə o içmişdir. Pivə içdikdən sonra avtomaşını o idarə etmişdir. Həmin günü saat 15:30 radələrində İlhamla birlikdə Şamaxı rayonuna getmək üçün yola düşmuşlər. Qobustan rayonunun Cəngi kəndi ərazisində olan kafedə çörək yeyib spirtli içki içdikdən sonra saat 18:30 radələrində yollarına davam etmişlər. Cəngi kəndi ərazisində idarəetməni itirərək su kanalına düşmüş, həmin zaman xəsarət alan olmamışdır. Hadisə yerinə post-patrul xidməti gəlmişdir. “Toyota Prius” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyana görə 300 manat ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Toyota Prius” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir və sərnişin daşıma xidməti ilə məşğuldur. 03 oktyabr 2023-cü il tarixdə “Bolt taksi” şirkətindən Bakı şəhəri Balaxanı kəndi ərazisinə taksi sifarişi verilmiş və həmin sifarişlə əlaqədar sərnişin kimi sonradan adını bildiyi Şəxs qəbul edərək yoluna davam etmişdir. Xocasən qəsəbəsi ərazisində olan marketdə düşərək siqaret və bəzi içkilər alaraq yenidən yollarına davam etmişlr. Yolda Elvin ondan avtomaşını onun idarə etməsini xahiş etdikdə Elvindən sürücülük vəsiqəsinin olub-olmamasını soruşmuşdur. Elvin də sürücülük hüququnun olduğunu dediyinə görə ona inanaraq avtomaşını idarə etmək üçün Elvinə vermişdir. Elvin ona həmin günü taksidən qazanacağı məbləği ona verəcəyini deyərək onunla Şamaxı rayonuna getməyi bildirdiyinə görə Elvinlə razılaşaraq yola düşmüşlər. Qobustan rayonunun Cəngi kəndi yaxınlığında olan kafeyə girərək orada çörək yeyib spirtli içki qəbul etmişlər. Saat 19 radələrində kafedən çıxıb yollarına davam etmişlər və həmin vaxtı da avtomaşını Şəxs idarə etmişdir. Elvin avtomaşını yüksək sürətlə idarə edərək Bakı şəhərinə qayıtmaq üçün manevrəni düzgün etmədiyindən avtomaşın yolun sağ tərəfində olan su kanalına düşmüşdür. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 337.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. 09 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC-yə məxsus olan “Toyota Prius” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və baxış zamanı sıradan çıxmış və bərpası lazım olan detallara dəymiş ziyana görə 918 manat, dəmirçi işi üçün 100 manat, rəngsaz işi üçün 160 manat və çilingər işi üçün 150 manat olmaqla, cəmi 1228 manat ziyan dəydiyi bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, E.V. Musayev Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-281/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-281/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver