Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-281/2024 23.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X12 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil X2 və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxxx 1941-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təqaüdçü, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 23 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində YPX-in inspektoru Naməddin İbrahimovu xidmətdə olan zaman söyüb təhqir etmişdir. Nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib edən Qobustan rayon polis şöbəsinin əməkdaşı X11 bildirdi ki, Qobustan rayon Polis Şöbəsinin DYPB-in YPX-in baş inspektoru X6 xidməti işi ilə əlaqədar xidmətdə olarkən Şəxs ona yaxınlaşaraq bir neçə gün əvvəl sürücülük hüququ olmadan idarə etdiyi avtomaşına prokotol yazdığı üçün Naməddin İbrahimovu söyüb təhqir etmiş və onu işdən çıxaracağı ilə hədələmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 20 avqust 2024-cü il tarixdə idarə etdiyi VAZ-2107 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış və barəsində protokol tərtib olunaraq 180 manat inzibati cərimə olunmuşdur. Əsəbi olduğundan polis əməkdaşı ilə mübahisə edərək ona qarşı xoşa gəlməyən ifadələr işlətmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X5 ifadə verərək göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin DYPB-in YPX-in baş inspektoru vəzifəsində işləyir. 20 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində xidmətdə olarkən Şəxs ona yaxınlaşaraq bir neçə gün əvvəl sürücülük hüququ olmadan idarə etdiyi avtomaşına prokotol yazdığı üçün Naməddin İbrahimovu söyüb təhqir etmiş və onu işdən çıxaracağı ilə hədələmişdir. Məhkəmə baxışı zamanı video görüntülərə baxılarkən Şəxs 20 avqust 2024-cü il tarixdə Qobustan rayon Polis Şöbəsinin DYPB-in YPX-in baş inspektoru X1 müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağaırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə olunsun. 1 (bir) ədəd disk inzibati xəta haqqında materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili X2 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-281/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-281/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver