Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-281/2025 03.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 21 avqust 2025-ci il tarixli, EQ30097898 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə X1 adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 21 avqust 2025-ci il tarixli, EQ30097898 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət daxil olmuş, şikayətə ona Qobustan Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə olunmuşdur. Şikayət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan X1 adından şikayət verilsə də, həmin şikayət ümumiyyətlə imzalanmamışdır. İXM-in 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilə bilər. Məhkəmə həmin normanın tələblərini analogiya qaydasında tətbiq edərək bildirir ki, hər hansı bir inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilirsə, bu zaman şikayət düzgün formada tərtib edilməli və şikayət vermiş şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Lakin hazırkı halda məhkəməyə daxil olmuş şikayətin ümumiyyətlə imzalanmadığı müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 21 avqust 2025-ci il tarixli, EQ30097898 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu, 128-132-ci və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 21 avqust 2025-ci il tarixli, EQ30097898 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-281/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-281/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver