Məhkəmə qərarları › İş №3(026)-282/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-282/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-282/2023 10.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Qobustan rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda 10 oktyabr 2023-cü il tarixdə Qobustan rayonunun Təklə kəndi ərazisində Şəxs qoşa lüləli 58700 nömrəli qeydiyyatda olmayan ov silahını saxlaması və daşıması göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, təsərrüfatla məşğul olur. Babasından qalan qoşa lüləli 58700 nömrəli ov silahını özü ilə daşımışdır. Həmin silahın sənədləşməsi üçün müraciət etməmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq ov silahının hər-hansı bir sənədinin olub-olmamasını soruşmuşlar. Silahın sənədinin olmadığını onlara demişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşları X3 və X1 rayonunun Acıdərə ərazisində heyvan otaran Şəxs ov silahı olduğunu görüb ondan silahın sənədlərinin olub-olmamasını sörüşmuşlar. Şəxs olan qoşa lüləli 58700 nömrəli qeydiyyatda olmayan silahı polis əməkdaşları tərəfindən alınaraq onu polis şöbəsinə aparmışlar. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Müəyyən edildi ki, qoşa lüləli 58700 nömrəli ov silahının hüquqi sənədi yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs məsulliyətini yüngülləşdirən və ağırlandıran hal yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.2-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 590.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib qoşa lüləli 58700 nömrəli ov silahı müsadirə edilməklə 100 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd qoşa lüləli 58700 nömrəli ov silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar