Məhkəmə qərarları › İş №3(026)-285/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-285/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-285/2024 09.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi X2, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1961-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş İXP ******* nömrəli protokolda Şəxs 15 avqust 2024-cü il tarixdə X1 məxsus iki baş iri buynuzlu heyvanı ölümcül hala saldığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Teymur onun qonşusudur. Münasibəti normal olmuşdur. Teymura məxsus xırda və iri buynuzlu heyvanlar dəfələrlə onun bostanına girərək ziyan vurmuşlar. 15 avqust 2024-cü il tarixdə saat 14-15 radələrində Qobustan rayonu Nabur kəndində olan bostanına baxarkən bir baş inəyin bostanını yararsız hala salmasının şahidi olmuş, o, həmin heyvanların Teymura məxsus olmasını bilirmiş, o, heyvanları qovmaq üçün həyətdə olan beli (lapatkanı) götürüb heyvanlara tərəf atmış, bu zaman bostanında olan inəyin arxa sağ budunun yuxarı hissəsindən belin iti tərəfi dəyərək xəsarət yetirmiş, o, heyvanın budunun arxa tərəfdən bölündüyünü görmüş, daha sonra heyvanı çıxıb getməsi üçün qovmuşdur. Teymur Zaidovun inəyi olməmişdir. Tymur həmin inəyi aparıb Bərdə rayonu ərazisində heyvan bazarında satmışdır. Etdiyi əməldən peşmandır. İş materiallarında olan Qobustan rayon Polis Şöbəsinin 26 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarında Teymur Zaidova məxsus bir baş iri buynuzlu heyvana xəsarət yetrirdiyini, lakin həmin heyvanın ölmədiyini göstərmişlər. Lakin həmin qərarda qeyd olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qobustan X3 3-22-3-37/3-16/2024 nömrəli məktubunda bir baş südvüerən inəyin orta bazar qiyməti 1050-1400 manat, bir baş 6-7 aylıq dananın orta bazar qiyməti 650-700 manat təşkil etdiyi göstərilmişdir. Lakin iş üzrə neçə baş inəyə xəsarət yetirilməsi ilə bağlı şahidlər dindirilməmişdir. Hər iki tərəf Qobustan rayon polis şöbəsində verdikləri izahatlarında bir baş iri buynuzlu heyvanın xəsarət almasını göstərmişdir. Xəsarət almış heyvanın xəsarəti və müalicəsi ilə əlaqədar çəkilən xərc barədə də materiala heç bir sənəd əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 28 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən 28 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən 28 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar