Məhkəmə qərarları › İş №3(026)-286/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-286/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-286/2024 29.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X5 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Qida X2 X4 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası Qida X2 X4 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb X1 fəaliyyət göstərdiyi Şamaxı şəhərində yerləşən "xxxx" MMC-yə məxsus aptek yoxlanılarkən rəflərin təmizliyinə nəzarət olunmaması, tullantıların vaxtında boşaldılmaması və texniki havalandırma sisteminin mövcud olmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini, ehtimal olunan inzibati xətanın Şamaxı rayonu ərazisində baş verdiyini və barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin qərardan şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatətinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Qida X2 X4 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə dair 3(026)-286/2024 saylı iş aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar