Məhkəmə qərarları › İş №3(026)-287/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-287/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-287/2022 27.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsi X3 və Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 iştirakı ilə, Qobustan rayon X5 Hüquqi Şəxsin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayon X5 Hüquqi Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 08 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Protokolda göstərilmişir ki, Qobustan rayon X5 Hüquqi Şəxsə məxsus “QAZ 221720” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü 13 iyun 2022-ci il tarixdə saat 01:48-də “Yol hərəkəti haqqında” qanunun tələblərini pozduğundan Qobustan rayon X5 Hüquqi Şəxsdən həmin avtomaşının sürücüsü haqqında məlumat tələb olunmuş, məlumat qanunla tələb olunmuş 5 gün müddət ərzində verilmədiyindən Qobustan rayon X5 Hüquqi Şəxs barədində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protocol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsi X7 izahatında göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin bildirişinin icrası Qobustan rayon X5 Hüquqi Şəxsə məxsusin təsərrüfat işlərinə baxan X4 həvalə edilmiş, lakin X6 böyrək çatışmamazlığı ilə əlaqədar xəstə olduğundan müalicəyə getdiyindən bildirişə vaxtında cavab verə bilməmişdir. Lakin RPŞ-in bildirişinin icrası ilə əlaqədar xəstənanada heç kimə məlumat verməmişdir. QAZ 221720” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü və Anar Hüseynov intizam məsuliyyətinə cəlb edilmişdir. Qobustan rayon polis şöbəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, 14 iyun 2022-ci il tarixdə Qobustan rayon X5 Hüquqi Şəxsin QAZ 221720” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə məlumat verilməsi barədə bildiriş göndərilmiş, hətta o, bildirişdən iki gün sonra telefonla xəstəxananın işçisi Anar Hüseynova zəng etmişdir. Nə bildirişin, nə də zəngin 20 gün ərzində nəticəsi olmamış, sürücü barədə məlumat verilməmişdir. Ona görə də Qobustan rayon X5 Hüquqi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ******* saylı protokol tərtib olunmuşdur. Qobustan rayon polis şöbəsinin 14 iyun 2022-ci il tarixli bildirişindən görünür ki, şöbədən Qobustan rayon X5 Hüquqi Şəxsinə QAZ 221720” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə məlumat verilməsi istənilmiş, beş gün müddətdə məlumat verilmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsinin və polis şöbəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Qobustan rayon X5 Hüquqi Şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Müəyyən olundu ki, Qobustan rayon polis şöbəsi tərəfindən Qobustan rayon X5 Hüquqi Şəxsinə 14 iyun 2022-ci il tarixdə Qobustan rayon X5 Hüquqi Şəxsin QAZ 221720” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə məlumat verilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Qobustan rayon X5 Hüquqi Şəxsi Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Qobustan rayon X5 Hüquqi Şəxsi barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qobustan rayon X5 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 manat cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar