Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-289/2021 14.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X13 Əvəz oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1993-cü Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 04 iyul 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində X2 məxsus evə girib əşyaları sındıraraq ona 1500 manat ziyan vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 iyul 2021-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmiş və siqaret almaq üçün kənd mərkəzindəki mağazaya getmişdir. İçkili olduğu üçün evə qayıtmağa ərinmiş və yatmaq üçün əvvəlcədən boş olduğunu bildiyi xalası Gülbənizin evinin zirzəmisinə girmişdir. Xalası Gülbənizlə isə münasibətləri daima pis olmuşdur. O, həmin evin zirzəmisində yatıb qalmış, sərxoş olduğu üçün qalan hadisələr yadından çıxmışdır. Oyananda artıq polislər orada olmuş, evin qabaq şüşələrini sındırmağını xatırlamış qalan şeyləri isə unutmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla oğlu ilə birlikdə Sumqayıt şəhəri Tuqzavod qəsəbəsində yaşayır. 04 iyul 2021-ci il tarixdə bacısının həyat yoldaşı X7 zəng edərək kənddə olan evlərində Ceyhun Abduləliyevin sərxoş vəziyyətdə zirzəmidə yatdığını dediyini eşidib oğlu Rövşənlə birlikdə kənddə olan evlərinə gəlmişdir. Şəmsəddin 102 xidmətinə məlumat verdiyinə görə Qobustan rayon polis əməkdaşları tərəfindən Ceyhun Abduuləliyev polis şöbəsinə aparılmışdır. Evə girərəkdən Ceyhunun evin giriş qapısını, evin qarşısında olan pəncərə şüşələrinı, evin giriş qapısından sağ tərəfdə qoyulmuş paltar yığmaq üçün nəzərdə tutulan taxta şkafı sındırdığını, şkafın içərisində olan paltarların isə yararsız hala saldığını, mətbəxdə olan təqribən 7-8 ədəd boşqabı, 4-5 ədəd stəkanı, şüşə çayniki sındırdığını və evi natəmiz hala saldığını görmüşlər. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-in 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayonunda fərdi sahibkarlıqla məşğul olan X3 verdiyi 28 noyabr 2021-ci il tarixdə 145-12318-1221 saylı arayışda göstərilir ki, Qobustan rayonunun Nabur kənd sakini Gülbəniz Qırxlarovaya məxsus fərdi yaşayış evində olan əşyaların X8 tərəfindən yararsız hala salması nəticəsində Gülbəniz Qırxlarovaya 730.1 manat maddi ziyan dəymişdir Qobustan rayon polis şöbəsinin TQ-in 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X5 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X5 barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə X8 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib 1500 məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-289/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-289/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver