Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-29/2021 11.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1978-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli protokolda göstərilir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(051)-2597/2017 saylı icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimenti ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(051)-2597/2017 saylı icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 5100 manat aliment borcu yaranmışdır. 2017-ci ilin dekabr ayından axtarışda olmuşdur. Borclu Qobustan rayon icra və probasiya şöbəsinə gələrək izahat vermiş və heç bir yerdə işləmədiyi üçün aliment borcunu ödəyə bilmədiyini göstərmişdir. Sonuncu dəfə aliment borcu 2020-ci ilin ortalarında ödəmişdir. Borclu alimenti ödəməkdən boyun qaçıraraq onların qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(051)-2597/2017 saylı icra sənədinə əsasən ondan xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 5100 manat aliment borcu yaranmışdır. 2020-ci ilin mart ayında Azərbaycana gəlmişdir. İstər Rusiyada yaşayanda, istərsə də Azərbaycana gələndən sonra aliment borcundan ögəmişdir, lakin ödəmə qəbzi yoxdur. Hazırda pandemiya ilə əlaqədar heç bir yerdə işləmir. Pulu olanda aliment borcunu hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Qobustan rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, M.M. Məmmədov Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cumaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-29/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-29/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver