Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-29/2022 08.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, H. Əliyev prospekti ev 157-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 05 fevral 2022-ci il tarixdə gecə saat 22:53-də idarə etdiyi QAZ 3110 minik markalı ** UA *** qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərək avtoxuliqanlıq etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 05 fevral 2022-ci il tarixdə gecə saat 22:35 radələrində etibarnamə ilə idarə etdiyi QAZ 3310 markalı 10-UA 431 dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərinin H. Əliyev prospekti ilə hərəkətdə olarkən və dairəvi yola daxil olmaq istəyərkən hava şəraiti şaxtalı olduğu üçün yol buzlu olduğundan idarəetməni itirmişdir və avtomaşın sürüşmüşdür. Çətinliklə də olsa idarə etməni düzəldib avtomaşını yolun kənarında saxlamışdır. Həmin zaman avtomaşında tək olmuşdur. Heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, K. Ə. Dəmirli Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-29/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-29/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver