Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-29/2023 24.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, şikayətçi X2 iştirakı ilə, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X5 izahatında göstərdi ki, Şamaxı rayonu Qaravəlli kəndində yaşayır. 06 yanvar 2023cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ -dən ona məktub gəlmiş və həmin məktubda göstərilmişdir ki, o, qanunsuz ov edən zaman tutulmuş və 13 oktyabr 2022-ci il tarixində barəsində inzibati protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 27 dekabr 2022-ci il tarixdə 1000 manat inzibati tənbehetmə barədə qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil. Çünki o, ovla məşğul olmur və həmin günü də orada olmamışdır. Ovla məşğil olmağa zamanı da yoxdur. Qaravəlli kəndində yaşasa da, İsmayıllı rayonu Basqal kədində yerləşən “Basqal otef”də bağban işləyir. Atası ilə bir yerdə yaşamır. Əslində Ekologiyanın işçiləri kimi saxladıqlarını bilmirlər. Ona göndərilən məktubun biri də qardaşı Xalidə göndərilmişdir. Qardaşı Xalidlə bir yerdə işləyir. Məhkəmə Xalidin həmin gün işdə olmasını təsdiq edən arayışdan sonra onun barəsində olan inzibati xətaya dair işə xitam vermişdir. Bundan sonra isə həmin protokol onun adına göndərilmişdir. Bu da göstərir ki, onlar ümumiyyətlə kimi ovla əlaqədar saxladıqlarını bilmirlər. Ona görə də bu qərarı qanunsuz hesab edir və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X5 06 oktyabr 2022-ci il tarixdə ovda olmadığını, işlədiyi “Basqalotel”də işdə olduğunu, adından yazılan şikayəti özünün yazmadığını və yazdırmadığını, şikayətə imza etmədiyini bildirərək şikayəti atası Vidadinin yazdırdığını göstərdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə X3in izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə etmişdir. Qobustan rayon məhkəməsnin 17 noyabr 2022-ci il tarix 3(026)-581/2022 saylı qərarından görünür ki, Qobustan rayon polis şöbəsi tərəfindən X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında 03 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən natamam olduğundan geri qaytarılmışdır. Müəyyən olundu ki, X5 06 oktyabr 2022-ci il tarixdə Qobustan rayonu ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nin MN -1289584 saylı 27 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə etmişdir. X5 06 oktyabr 2022-ci il tarixdə “Baskal-otel”də işdə olmasınıtəsdiq edən heç bir sənəd təqdim etmədi. Qobustan rayonu məhkəməsinə onun adından yazılmış şikayət ərizəsini o, özü yazmadığını və yazdırmadığını, şikayət ərizəsinə özü imza etmədiyini bildirdi. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-29/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-29/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver