Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-29/2024 23.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxıb MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Cəyirli kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətalar törətməsi barədə 3(026)-28/2024 və 3(026)-29/2024 saylı inzibati materiallar daxil olmuşdur. Məhkəmə həmin inzibati işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 3(026)- 28/2024 saylı işə 3(026)-29/2024 saylı iş birləşdirilərək baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 114-cu maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 3(026)- 28/2024 saylı işə 3(026)-29/2024 saylı iş birləşdirilərək baxılsın. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-29/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-29/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver