Məhkəmə qərarları › İş №3(026)-290/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-290/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-290/2021 13.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi əvəzi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 iştirakı ilə, xx xxx 1971-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonunun Qaragüney kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs 11 dekabr 2021-ci il tarixdə idarə etdiyi Kamaz 5320 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yük vurma qaydasını pozduğu üçün saxlanılmış və avtomobildə müvafiq icazə olmadan 1 ədəd xüsusi (çoxavazlı) “Horn Hanse” markalı səs siqnalı bloku ilə birlikdə aşkar olduğu göstərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 11 dekabr 2021-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində xidmətdə olarkən Kamaz 5320 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşını yük vurma qaydasını pozduğu üçün saxlanılmış, avtomaşına baxış keçirən zaman avtomaşında müvafiq icazə olmadan 1 ədəd xüsusi (çoxavazlı) “Horn Hanse” markalı səs siqnalı bloku ilə birlikdə aşkar olunmuşdur. Avtomaşının sürücüsü Şəxs avtomobilin yük yerinə artıq yük yığdığı üçün barəsində protokol tərtib olunacağını bilirdikdə sürücü onun qərarından şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək izahatında göstərdi ki, 11 dekabr 2021-ci il tarixdə özünə məxsus Kamaz 5320 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaşadığı Sabirabad rayonundan yonca presləri yığıb satmaq məqsədilə Qobustan rayonuna gətirmişdir. Həmin günü saat 14:00-da Qobustan rayonunun “SON” adlanan ərazısındən H. Əliyev prospekti istiqamətində hərəkətdə olarkən polis əməkdaşı ona saxla işarəsi vermiş və o avtomaşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq avtomobilin yük yerinə artıq yük yığdığı və avtomaşında xüsusi (çoxavazlı) səs siqnalı quraşdırdığı üçün ona cərimə yazacağını demişdir. Polis əməkdaşına vurduğu yükün artıq olmadığını deyərək protokol tərtib olunmasına etirazını bildirmiş və ona cərimə yazılarsa o da polis əməkdaşından şikayət edəcəyini bildirmişdir. Həmin vaxt onların yanına bir neçə polis əməkdaşı gəlmiş və onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, E.X. Ağayev Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 1 ədəd xüsusi (çoxavazlı) “Horn Hanse” markalı səs siqnalı bloku ilə birlikdə müsadirə edilməklə 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar