Məhkəmə qərarları › İş №3(026)-290/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-290/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-290/2024 04.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X10 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-onun müdafiəçisifərdi fəaliyyət göstərən Vəkil və zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx xxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 28 avqust 2024-cü il tarixdə saat 24 radələrində Qobustan rayon Mərkəzi Xəstəxanasının həkimi X3 təhqir edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon polis şöbəsinin əməkdaşının tərtib etdiyi protokolda göstərilir ki, 28 avqust 2024-cü il tarixdə Qobustan rayonunun Çalov kənd sakini Şəxs çağırışı əsasında Qobustan rayon Mərkəzi Xəstəxanasının həkimi X2 rayonunun Çalov kəndinə getmiş və xəstə Şəxs sərxoş vəziyyətdə Aytən Şərifovanın üstünə hücum çəkərək onu söyüb təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 28 avqust 2024-cü il tarixdə səhhətində olan problemlə əlaqədar Qobustan rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə zəng vuraraq həkim çağırmışdır. Çağırışa gələn həkim Aytən Şərifova ilə birlikdə təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya gəlmiş və xəstəxananın həyətində həkim Aytən Şərifova ilə mübahisə etmişdir. Əməlindən peşman olduğunu qeyd etdi. Zərərçəkmiş şəxs X8 bildirdi ki, Qobustan rayon Mərkəzi xəstəxanasının TTTY şöbəsində xidmətdə olarkən Qobustan rayonunun Çalov kənd sakini Şəxs şöbəyə zəng vuraraq çağırış vermişdir. Çağırış briqadası ilə Çalov kəndinə getmişlər. Həmin şəxs dayanacaqda onların avtomaşınını saxladaraq “məni xəstəxanaya aparın” deyərək əmr vermiş, sonra isə “miqalkanı niyə yandırmamısınız” deyərək onların üstünə qışqırmışdır. Şəxs sakit olmasını bildirdikdə isə onlara hücum edərək söyüb təhqir etmişdir. Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. X1 zərərçəkmiş şəxs X5 izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar