Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-291/2021 22.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə 00100-2490/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC (**********) 30 noyabr 2021-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində **********4579 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən Gürcüstanda fəaliyyət göstərən “Gerqian Pipe LTD” şirkətindən 99QY862/99ZX168 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsilə, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-cı yarımbəndinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 27 noyabr 2021-ci il tarixdə saat 19:18-də Qərb Ərazi Bas Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********5940 sorğu nömrəli qısa idxal bəyannaməsini, mallar gömrük ərazisinə gətirildikdən sonra 27 noyabr 2021-ci il tarixdə saat 21:06-da gömrük orqanına elektron formada verməklə qısa idxal bəyannaməsini malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin bu əməli iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci **********5940 saylı qısa idxal bəyannaməsindən aydın olur ki, “Gerqian Pipe LTD” şirkətindən 99QY862/99ZX168 nömrəli nəqliyyat vasitəsilə çirkab suların (kanalizasiya suların) axıdılması üçün plastmasdan borular manşonsuz, qorfalı plastik boru Şəxs MMC-yə gətirilmişdir. Sorğu nömrəsi **********4579 olan 29 noyabr 2021-ci il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Gürcüstan Respublikasında yerləşən “Gerqian Pipe LTD” şirkətindən Şəxs MMC-nin ünvanına 17000 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına gələn 99QY862/99ZX168 nömrəli nəqliyyat vasitəsi 27 noyabr 2021-ci il tarixdə saat 19:18-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin yüklərə dair **********5940 sorğu nömrəli qısa idxal bəyannaməsini, mallar gömrük ərazisinə gətirildikdən sonra 27 noyabr 2021-ci il tarixdə saat 21:06-da gömrük orqanına elektron formada verməklə qısa idxal bəyannaməsini malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 manat cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-291/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-291/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver