Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-293/2021 14.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Əvəz oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonunun Cəyirli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı protokolda Şəxs üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana gəzdirməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təxminən bir neçə gün əvvəl o, Qobustan rayon Cəyirli kənd ərazisindən yerdə bir ədəd kağız bükülünün olduğunu görmüşdür. Əvvəlcədən də bir neçə dəfə narkotik vasitə istifadə etdiyi üçün həmin bükülünün içərisində narkotik vasitə olduğunu bilmiş və həmin bükülünü götürərək özü ilə aparmışdır. 19 oktyabr 2021-ci il tarixdə Qobustan şəhəri ərazisində öz yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Qobustan RPŞ-nə dəvət etmişlər. O da həmin şəxslərlə Qobustan RPŞ-nə gəlmiş, həmin vaxt onun üzərində əvvəlcədən Qobustan rayon Cəyirli kəndi ərazisindən yerdən tapdığı içərisində nəşə olan bir ədəd bükülü də olmuşdur. Onun üzərinə Qobustan RPŞ-də şəxsi axtarış aparılmış və o, könüllü olaraq həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. O, heç vaxt narkotik vasitə satmamış, heç kimə narkotik vasitə verməmiş və narkotik vasitələrin əkini ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ailəlidir və himayəsində 1 azyaşlı xəstə uşağı var. Ailənin yeganə qazanc gətirəni odur. Buna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun cinayət işi başlanmasının rədd edilməsi barədə 19 noyabr 2021-ci il tarixli qərarının surətində göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şəxs üzərinə baxış zamanı aşkar edilən qurudulmuş marixuanaya bənzər kütlə ilə bağlı təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 7/1075 saylı rəyində göstərilmişdir ki, Şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0.204 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını,onun şəxsiyyətini, ailə vəziyyətini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilməli, iş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan bir bükümdə ümumi çəkisi tədqiqata sərf olunduqdan sonra 0,204 qram narkotik vasitə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan bir bükümdə ümumi çəkisi tədqiqata sərf olunduqdan sonra 0,204 qram narkotik vasitə məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-293/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-293/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver