Məhkəmə qərarları › İş №3(026)-294/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-294/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-294/2021 16.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X11 Əvəz oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 iştirakı ilə, xx xxxxxxxx 1978-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan saxladığı bir ədəd bir lüləli, 16 kalibrli, B 390-04 39048 saylı ov tüfəngi aşkar olunaraq götürüldüyü göstərilmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 izahat verərək göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsində təşkil olunmuş reydlə əlaqədar qanunsuz saxlanılan ov silahlarının yığılması ilə əlaqədar polis nəfəri X1 Paşa Sakit oğlu ilə birlikdə Qobustan rayonunun Şıxlar kəndi ərazisində reyd keçirən zaman ağ rəngli “Nissan” markalı avtomaşını görüb həmin avtomaşına yaxınlaşmış ovla bağlı baxış keçirdiyi zaman avtomaşında qanunsuz ov silahı aşkar etmişlər. Həmin şəxsləri silahla birlikdə Qobustan rayon polis şöbəsinə gətirmişlər. Sonradan həmin şəxslərin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakinləri Şəxs və Bayramov Elçin Camal olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək 13 dekabr 2021-ci il tarixdə qardaşı Elçin Bayramovla birlikdə Elçinin idarə etdiyi “Nissan” markalı avtomaşınla Qobustan rayonu ərazisində ov etmək istəyərkən Qobustan rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq avtomaşınlarına baxış keçirmiş və həmin vaxt avtomaşında qanuni icazəsi olmadan saxladığı bir ədəd bir lüləli, 16 kalibrli, B 390-04 39048 saylı ov tüfəngi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. X3 ifadə verərək göstərdi ki, Qobustan rayon polis şöbəsində təşkil olunmuş reydlə əlaqədar qanunsuz ov silahlarının yığılması ilə bağlı polis şöbəsinin əməkdaşı X9 ilə birlikdə 13 dekabr 2021-ci il tarixdə Qobustan rayonunun Şıxlar kəndi ərazisində reyd keçirən zaman ağ rəngli “Nissan” markalı avtomaşını görüb həmin avtomaşına yaxınlaşmış ovla bağlı baxış keçirdiyi zaman avtomaşında qanunsuz ov silahı aşkar etmişlər. Həmin şəxslərə özlərini təqdim edib, onları silahla birlikdə Qobustan rayon polis şöbəsinə gətirmişlər. Sonradan həmin şəxslərin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakinləri Şəxs və Bayramov Elçin Camal olduğu məlum olmuşdur. X4 məhkəmə iclasında X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, P.C. Bayramov Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd bir lüləli, 16 kalibrli, B 390-04 39048 saylı ov silahı müsadirə edilməklə 80 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd bir lüləli, 16 kalibrli, B 390-04 39048 saylı ov silahı DİN-nin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar