Məhkəmə qərarları › İş №3(026)-295/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-295/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-295/2022 20.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1960-cı ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük,Tərəvəzçilik sovxozunda qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X3 ilə mübahisə edərək müxtəlif vaxtlarda Əli Əliyevin ünvanına təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, X2 qızı onun gəlini olub və məhkəmənin qərarı ilə gəlini və oğlu boşanıblar. Ondan sonra Əli ilə heç vaxt rastlaşmamışdır. Əli Pirallı rayonunda, o isə Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayır. Əlinin etdiyi şikayət tamamilə əsassızdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs üç il əvvəl onun qızını oğluna almış, sonra isə boşamışlar. Hazırda Sibirxanla heç bir münasibəti yoxdur. Sibirxan onu hər görəndə müxtəlif cür sözlər atır və ona sataşır. Bir neçə gün əvvəldə kənddə evinin yanında olan zaman Sibirxan ona baxaraq “bu qeyrətsiz yenə kəndə gəlib” demişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar