Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-297/2021 16.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X10 Əvəz oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X4 və X1 iştirakı ilə, xx xxx 1979-cu ildə Qobustan rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə X2 və onun anası X3 təhqir edərək xırda xuliqanlıq hərəkətləri etməsi göstərilmişdir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qobustan rayonunun Ərəbqədim kənd orta məktəbində müəllim işləyir və 07 dekabr 2021-ci il tarixdə məktəbdə olmuşdur. Kəmalə və Səkinə Məmmədovalar ona şər və böhtan atırlar. Nə 07 dekabr 2021-ci il tarixdə, nə də başqa vaxt onları söyüb təhqir etməmişdir. Belə ki, qardaşı Natiqlə Kəmalə boşanmışlar. Kəmalə buna görə onu günahkar bildiyi üçün belə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova Kmalə Şahsoltan qızı izahat verərək göstərdi ki, 07 dekabr 2021-ci il tarixdə anası ilə birlikdə öz həyətinə baxmaq üçün getmişdir. Evin açarları onda olmadığı üçün həyat yoldaşından açar gətirmək üçün uşaq göndərmişdir. Həmin evdə 5 ildir ki yaşayır. O həyətdə olarkən ərinin qardaşı Şəxs həmin həyətə gəliş və ona çıxıb getməsini, əgər getməzsə onu doğrayacağını bildirərək əlində olan dəmir parçası ilə onun üstünə gəlmiş və onu nalayiq sözlərlə söymüşdür. Həmin vaxtı anası Səkinə onların arasına girərək Zaminin onu vurmasına mane olmuşdur. Əlavə olaraq bildirdi ki, evin açarı onda olmasa da evinə çöldən baxmağa getmişdir. Evin həyətinə açıq olan sahədən daxil olmuşdur. Zamin də həyətə eyni yerdən daxil olmuşdur. Həmin vaxt Zamin onu evin həyətində nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt orda anasından başqa heç kim olmamışdır. Həmçinin səs-küyə şahid olmaq üçün heç kim gəlməmişdir. Həmin vaxtı ətrafda heç kim olmamışdır. Zərərçəkmiş şəxs Məmmədova Səkinə Əlisoltan qızı ifadə verərək göstərdi ki, 07 dekabr 2021-ci il tarixdə onun yanında yaşayan qızı Kəmalə ilə birlikdə Kəmaləyə məxsus evə baş çəkmək üçün getmişlər. Evin açarları Kəmalədə olmadığı üçün Kəmalənin əri Natiqdən açar gətirmək üçün uşaq göndərmişdir. Kəmalə həmin evdə 5 ildir ki yaşayır, lakin son vaxtlar əri ilə aralarında mübahisə olduğuna görə ərinin qardaşları onu boşamaq istəyirlər. Onlar həyətdə olarkən Şəxs həmin həyətə gəlib Kəmaləyə çıxıb getməsini, əgər getməzsə onu doğrayacağını bildirərək əlində olan dəmir və ya taxta parçası olmasını dəqiq bilmədiyi əşya ilə Kəmaləni döymək istəyərkən ona mane olmuşdur. Həmin hadisə evin həyətində baş vermişdir. Həmin vaxtı ətrafda heç kim olmamışdır. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozan hərəkətlər etməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-297/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-297/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver