Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-298/2021 21.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 iyul 1989-cu ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə idarə etdiyi “VAZ-2107” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun “SON” adlanan ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Opel” markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 19 dekabr 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “VAZ-2107” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun “SON” adlanan ərazisində hərəkətdə olarkən həmin ərazidə yerləşən avtomobil hissələri satılan mağazaya gedərkən və öz yolu ilə hərəkət edərkən “Opel” markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Avtomobildə tək olmuşdur və heç bir xəsarət almamışdır. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Qobustan rayon mərkəzi xəstəxanası X1 verdiyi 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə sərxoşluq müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, C.N. Abdulaliyev Azərbaycan Respublikası İXM-in 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in 11 saylı Regional Ərazi Filialının verdiyi 21 dekabr 2021-ci il tarixli **********4 saylı arayışda göstərilir ki, Şəxs İİ qrup əlilliyə görə 03 noyabr 2021-ci il tarixədək 130 manat sosial müavinət almış, əlilliyin müddəti 03 noyabr 2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-298/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-298/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver