Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-298/2023 19.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri Yeni Massivdə yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, X12 19 oktyabr 2023-cü il tarixdə Qobustan şəhərində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2012-ci ildən sosial şəbəkə istifadəçisidir, “Hüquq və Azadlıq” qəzetinin baş direktorudur. 17 oktyabr 2023-cü il tarixdə Sədəf kəndində şəhid Milli X2 doğum günündə şəhidin qəbri üstündən Sədəf kəndinə gələrkən Qobustan rayon polis şöbəsinin əməkdaşları onun, video operator Fəridin və şəhid atalarının avtomobillərini saxlayaraq onlara piyada getməyə göstəriş vermişlər. Fərid kamerasının ağır olduğu üçün onu avtomaşını ilə buraxmağı demiş, polis əməkdaşları onu buraxmadığından aralarında mübahisə yaranmışdır. Polis əməkdaşı Fəridə kameranı və dubinkanı başına vuracağını demişdir. 18 oktyabr 2023-cü il tarixdə bu barədə aktiv olduğu sosial şəbəkədə (instaqram) paylaşım etmişdir. 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində olarkən polis əməkdaşı tərəfindən ona zəng olunaraq paylaşımla əlaqədar ərizə yazmalı olduğunu bildirmişdir. Ona zəng vurmuş polis əməkdaşı ilə Bakı şəhəri “Xalqlar dostluğu” metrostansiyasının qarşısında görüşməyi şərtləşmişdir. Həmin yerdə görüşərək polislərlə birlikdə Qobustan rayon polis şöbəsinə gəlmişdir. O, Qobustan şəhərinin Ş. Şikarov küçəsində olmamış, polislər onunla həmin küçədə rastlaşmamış, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və onların ünvanına nalayiq söyüşlər söyməmişdir. Sosial şəbəkədə bir polis əməkdaşının bir il əvvəl bir şəhid atasından pul alması barədə paşlaşmasına görə peşmandır. Çünki bu məsələ polis şöbəsində araşdırılıb nəticə verilmişdir. X4 göstərdi ki, 19 oktyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində Qobustan şəhəri Ş. Şikarov küçəsindən keçərkən polislərin arasında olan bir nəfərin ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin şəxsi əvvəldən tanımamış və onunla heç bir ədavəti olmamışdır. X5 izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili işləyir. 19 oktyabr 2023-cü il tarixdə iş yoldaşı X9 ilə Qobustan şəhəri Ş. Şikarov küçəsində xidmətdə olan zaman 18 oktyabr 2023-cü il tarixdə instaqram sosial şəbəkədə paylaşım etmiş Qobustan şəhər sakini X10 görmüşlər. Paylaşımda bir polis əməkdaşının qanuna zidd hərəkət etməsi barədə məlumat verildiyindən həmin polis əməkdaşının şəxsiyyətini müəyyən etmək üçün onu polis şöbəsinə dəvət etmiş, Beyrəy polis şöbəsinə getməkdən imtina edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O, mobil telefonu ilə xidmətdə olan post-patrul əməkdaşlarını köməyə çağırmışdır. Post-patrul əməkdaşları gəldikdən sonra da Şəxs yenə də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş, polis şöbəsinə getməkdən imtina etmişdir. Onunla söhbət etdikdən sonra özü polisin xidməti avtomaşınına minərək polis şöbəsinə gəlmişdir. X1 rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili işlədiyini bildirərək, X5nun ifadəsinə oxşar ifadə verdi. X6 ifadə verərək göstərdi ki, 19 oktyabr 2023-cü il tarixdə iş yoldaşı Ehsan Rahmanovla post-patrul xidmətində olarkən əməliyyat müvəkkili Şahlar Qurbanov onları Ş.Şikarov küçəsinə çağırmışdır. Onlar həmin yerə gedərkən bir nəfərin Şahlar Qurbanov və Nicat Əlverdiyevlə mübahisə etdiyini görmüşlər. X3 öyrəndikləri şəxsin polis əməkdaşlarının ünvanına söyüş söydüyünü eşitmişdir. Onu avtomaşına əyləşdirib polis şöbəsinə aparmışlar. X7 ifadəsində Qobustan rayon post-patrul xidmətində işlədiyini bildirərək X6 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetmədiyindən və əməlində həmin maddənin tərkibi olmadığından o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməli, lakin küçədə ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onun xırda xuliqanlıq əməli törətdiyi təsdiq olunur və o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-298/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-298/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver