Məhkəmə qərarları › İş №3(026)-299/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-299/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-299/2021 22.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında protokolda Şəxs 21 dekabr 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində qardaşı arvadı X4 nalayiq sözlərlə təhqir etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində anası və ailəsi ilə birlikdə yaşayır. X5 onun qardaşı Cavidin arvadıdır. Münasibətləri daima pis olmuşdur. 21 dekabr 2021-ci il tarixdə o bütün günü Qobustan rayon Nabur kəndində yerləşən fərdi yaşayış evində olmuş, Sevda onlara gələrək onunla mübahisə etmiş, lakin Sevdanı söyüb təhqir erməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Qobustan rayonun Nabur kəndində yaşayır, Şəxs onun əri Cavidin qardaşıdır. 21 dekabr 2021-ci il tarixdə saat 13 radələrində o qayınanasıgildə olan vaxt Camil ona əri Cavidin avtomobilinə, evinə və həyətinə narkotik qoyub onu tutduracağı ilə hədələdiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu söyüb təhqir etmişdir. X1 ifadə verərək göstərdi ki, Şəxs onun oğlu Sevda Lətifova isə oğlu Cavidin arvadıdır. 21 dekabr 2021-ci il tarixdə yaşadığı Nabur kəndindəki evində olarkən gəlini Sevda onlara gəlmiş, həmin zaman oğlu Camil də evdə olmuşdur. Camil Sevda ilə mübahisə edərək Sevdaya nalayiq sözlər demişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar