Məhkəmə qərarları › İş №3(026)-30/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-30/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-30/2021 12.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bulud oğlunun iştirakı ilə, xx xxxx 1954-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan şəhərinin H. Əliyev prospektində heyvanlarını toplayaraq yolu qəsdən bağladığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə həmkəndliləri ilə birlikdə heyvanlarının gediş-gəliş yolunun üstündə tikinti işləri aparıldığı üçün aidiyyatı orqanlardan fikirlərini çatdırmaq üçün H. Əliyev prospektinə gəlmişlər və yolu bağlamışlar. Həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Toplaşmalarının səbəbi heyvanlarının gediş-gəlişi üçün yol istəmələri olmuşdur. Müəyyən olundu ki, Şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaqda iştirak etmiş, digər kənd sakinləri ilə birlikdə avtomagistral yola xırda buynuzlu heyvanları toplamaqla magistral-avtomobil yolunu 15-20 dəqiqə bağlamışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, R.B. Vəliyev Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev İş № 3(026)-156/2020 İCRA VƏRƏQƏSİ Qobustan Rayon Məhkəməsi xx xxxxxx 2020ci il X3 (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı, soyadı, atasının adı) Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən məhkəmə icraçılarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə icraçılarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si:__________ X3 – xx xxx 1955-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır. Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si Dövlət: MN 0689525________________________________________________ Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si İcra vərəqəsi 21 avqust 2020-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri Hakim İş № 3 (026)-156/2020 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2020-ci il Qobustan şəhərində Qobustan Rayon Məhkəməsi Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Qobustan Rayon Polis şöbəsindən daxil olmuş vətəndaş X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxıldı. Sədrlik edən məhkəmə iclasını saat 15:45-də açdı, baxılası işi elan etdi və məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmış şəxslərdən kimlərin məhkəmə iclasına gəlmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmış şəxslərdən məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 gəlmişdir. Sədrlik edən məhkəmənin tərkibini elan etdi. Sədrlik edən : M.Quliyev, Məhkəmə iclas katibi: Z. Ağayevdir. Sədrlik edən məhkəmənin tərkibinə etiraz etmək hüququ olduğunu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə izah etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmənin tərkibinə heç bir etirazı olmadığını bildirdi. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: -xx xxx 1955-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan X3 Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə hüquq və vəzifələrini izah etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Nabur kəndinə çəkilən asfalt yolun sona qədər çəkilməməsi səbəbindən xx xxxxxx 2020-ci il tarixdə bir neçə kənd sakini ilə birlikdə Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasına gəlmişlər. İcra hakimiyyətinin başçısı tərəfindən vətəndaşlar qəbul edilmişdir. Sonra isə yaşadıqları Nabur kəndinə getmişlər.Bir daha belə hal olmayacaq, səhv edib. Sədrlik edən işə baxıldıqdan sonra çıxarılmış qərarı elan etdi, qərardan şikayət etmə qaydalarını izah edib, məhkəmə iclasını saat 16-00-da bağlı elan etdi. Sədrlik edən: İclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 3(026)-156/2020 “10” avqust 2020-ci il X2 Qobustan rayonu Nabur kəndi Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surəti Sizə göndərilir. Qoşma: “01” vərəqədə Məhkəmənin sədri: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 3(026)-156/2020 “10” avqust 2020-ci il Qobustan rayon Polis şöbəsinin rəisi, polis polkovniki cənab Etibar Babayevə Hörmətli Etibar müəllim! Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: “01” vərəqədə Hörmətlə, Məhkəmənin sədri: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan şəh. M.Ə.Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 3(026)-156/2020 “21” avqust 2020ci il Qobustan rayon icra və probasiya şöbəsinin rəisi cənab Malik Məlikova Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi - 01 vərəqədə Məhkəmənin sədri: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar