Məhkəmə qərarları › İş №3(026)-30/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-30/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-30/2024 12.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çuxanlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 10 fevral 2024cü il tarixdə Qobustan rayonu polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşı Şükran Cavadzadənin ünvanına uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 10 fevral 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının qarşısında bacısı ilə telefonla danışarkən polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Lakin polis şöbəsinə getməkdən imtina edib polis əməkdaşları ilə mübahisə etmişdir. Həmin vaxtı sərxoş vəziyyətdə olduğuna görə özünü idarə edə bilməmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. X2 göstərdi ki, Qobustan rayon polis şöbəsində təhqiqatçı işləyir. 10 fevral 2024-cü il tarixdə saat 17 radələrində Polis şöbəsinin inzibati binasından çıxaraq Qobustan rayon prokurorluğuna gedərkən Şəxs mobil telefonla danışaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda Şəxs sərxoş vəziyyətdə olduğunu görüb onu nizam-intizama dəvət edərək polis şöbəsinə dəvət etmişdir. Lakin Şəxs onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirib nalayiq söyüşər söyməyə davam etmişdir. Polis şöbəsinin əməkdaşı X1 ilə Şəxs polis şöbəsinin inzibati binasına aparmışlar. X3 ifadə verərək göstərdi ki, 10 fevral 2024-cü il tarixdə sonradan adını bildiyi Şəxs mobil telefonla danışaraq polis əməkdaşı Şükran Cavadzadənini ünvanına nalayiq ifadələr işlətdiyini eşidib həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, polis əməkdaşının və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Qobustan rayon mərkəzi xəstəxanasının sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 10 fevral 2024-cü il tarixli 266 saylı aktında göstərilir ki, Şəxs 10 fevral 2024-cü il tarixdə ağır dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar