Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-300/2024 26.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X10 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon X8 X9 əməkdaşı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsinin Şamaxı rayon Bölməsinin TP ******* saylı 22 avqust 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsinin TP ******* saylı 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət vermişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X12 İdarəsinin Şamaxı rayon Bölməsinin 22 avqustl 2024-ci il tarixdə barəmdə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 332.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətaya görə 400 manat, bundan əvvəl başqasının inzibat xətalarına görə səhvən onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bunula bağlı şikayət vermişdir və şikayəti araşdırılır. Sürücülük hüququ məhdudlaşdırıldığından 22 avqust 2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə 400 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Həmin qərar əsassız və qanunsuzdur. Ona görə də Şamaxı rayon Polis Şöbəsinin DYP Bölməsinin TP ******* saylı xx.xx.2024 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Daxili İşlər Nazirliyi Qobustan rayon X8 X9 əməkdaşı X4 izahat verərək göstərdi ki, X5 22 avqust 2024-cü il tarixdə “RENAULT MEGANE” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən saxlanılmış və həmin avtomaşını sürücülük hüququ məhdudlaşdırılmış qaydada idarə etdiyi müəyyən olunmuşdur. Ona görə də barəsində TR ******* saylı xx.xx.2024 saylı qərar qəbul edilmişdir. Həmin qərar əsaslıdır və məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin qeyd etdi ki, Bakı-Şamaxı-Yevlax yolunun 93-cü km-yi Qobustan rayonu ərazisinin hüdudlarında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin 06 may 2024cü-cü il tarixli EQ 20988132 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXMin 328.2-ci maddəsi ilə inzibari xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq _2_bal təyin edilmişdir. Bununla da Həmin Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 20 bal toplandığından Məcəlləsinin 27.4-cii maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan İİİ Tağım YPX-in inspektoru tərəfindən 22 avqust 2024-cü il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarından götünür ki, X5 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə inzibari xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Beləliklə də, müəyyən olundu ki, X5 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin 06 may 2024-cü-cü il tarixli EQ 20988132 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə inzibari xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq _2_bal təyin edilmişdir. Həmin Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 20 bal toplandığından Məcəlləsinin 27.4-cii maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bundan başqa İİİ Tağım YPX-in 22 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə inzibari xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. X5 22 avqust 2024-cü il tarixdə “RENAULT MEGANE” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ məhdudlaşdırılmış qaydada idarə etdiyi üçün barəsində TP ******* saylı xx.xx.2024 saylı qərar qəbul edilmişdir. X1 oğlu tərəfindən məhkəməyə qərarın ləğv edilməsi üçün hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikadı İXM-in 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş TP ******* saylı 22 avqust 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130 və 134-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: X5 barəsində tərtib edilmiş TP ******* saylı 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın, şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-300/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-300/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver