Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-301/2024 20.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X9 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 28 iyun 2024-cü il tarixdə saat 16:30-da idarə etdiyi VAZ-21074 markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonu ərazisində Xilmilli- Sündü-Qobustan yolunda hərəkətdə olarkən X2 idarə etdiyi “Land Rover” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Land Rover” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla maddi ziyan dəymiş, X1 yüngül dərəcəli xəsarət yetirilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada bildirilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Qobustan rayon Polis Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli HK-1/236 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs oğlu və X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qobustan rayon Polis Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli HK- 1/236 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Qobustan rayonu ərazisində Xilmilli-Sündü-Qobustan şəhər yolunun Sündü kənd yolu ilə Xilmilli kənd yolunun kəsişməsində Sündü kənd yolu ilə Xilmilli kənd yolunun kəsişməsində Xilmilli kəndi istiqamətindən gələn Şəxs idarə etdiyi “VAZ 2107” markalı **-NF-*** dövlət nömrə nişanlı avtomobil ilə Sündü kənd istiqamətindən gələn X2 idarə etdiyi **-ZS-*** dövlət nömrə nişanlı “X11” markalı avtomobilin toqquşması nəticəsində Şəxs dərəcəsinə görə azağır dərəcəli, X6 dərəcəsinə görə Yüngül dərəcəli, X5 dərəcəsinə görə Yüngül dərəcəli, X4 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-301/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-301/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver