Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-302/2022 25.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1988-ci Şamaxı rayonunun Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 25 iyul 2022-ci il tarixli protokolda göstərilir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcunu ödəməkdən yayınmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, Şirvan şəhər məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(032)-1662/2018 saylı icra sənədinə əsasən 24 iyul 2012-ci il təvəllüdlü X1 və 20 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 3520 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan şəhər məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(032)- 1662/2018 saylı icra sənədinə əsasən 24 iyul 2012-ci il təvəllüdlü X1 və 20 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 3520 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. İşə düzəldikdən sonra həmin borcunu ödəyə bilər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(032)- 1662/2018 saylı icra sənədindən görünür ki, 24 iyul 2012-ci il təvəllüdlü X1 və 20 may 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 22 iyul 2022-ci il tarixli 221333/2018-32-4 saylı borclunun axtarışı haqqında qərarından görünür ki, xx xxxx 1988-ci təvəllüdlü, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-302/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-302/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver