Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-302/2024 18.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi X9, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil X1 və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1980-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş 18 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində qardaşı X5 boyun nahiyyəsindən yumruqla vuraraq ona xəsarət yetirdiyi və nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərmətməsi bildirilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X11 izahat verərək göstərdi ki, X2 rayon Polis Şöbəsinə gələrək qardaşı Şəxs 05 sentyabr 2024-cü il tarixdə yaşadıqları Qobustan şəhərindəki evkərində olarkən onu boyun nahiyyəsindən yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilnəyərək göstərdi ki, Feyruz Qəribov onun qardaşıdır. Münasibətləri daima pis olmuşdur. Onlar birlikdə Qobustan şəhəri Nərimankənd adlanan ərazidə yaşayırlar. Tez tez aralarında mübahisələr baş verir. xx.xx.2024-cü il tarixdə Qobustan şəhərində yaşadıqları evdə olmuşdur. Həmi tarixdə saat 22 radələrində qardaşı Feyruz ilə aralarında mübahisə baş vermişdir. Feyruz adlı şəxs də heç bir səbəb olmadan evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Feyruz adlı şəxs onun barəsində Qobustan RPŞ-nə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Feyruz adlı şəxsi döyməmişdir. Zərərçəkmiş şəxs X10 izahat verərək göstərdi ki, Şəxs onun qardaşıdır. Münasibətləri daima pis olmuşdur. Qardaşı Qədir həbsdən bir müddət əvvəl azad olmuşdur. Qədir həbsdən çıxdıqdan sonra yaşamaq üçün Qobustan şəhərində yerləşən ata evinə gəlmişdir. 05 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində o, Qobustan şəhərində yerləşən evində olduğu zaman Qədir onun yaşadığı evə gəlmişdir. O, Qədirdən yaşadığı evdən çıxıb getməsini xahiş etmişdir. Bu vaxt Qədirlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Qədir onun boyun nahiyyəsindən yumruqla və sol qolundan tutub itələməklə onu döymüşdür. İş materiallarında olan Qobustan rayon Polis Şöbəsinin 16 sentyabr 2024-cü il tarixli HK- 1/364 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işinin başlanması rədd edilmişdir. Zərərəçəkmiş şəxs X10 izahatında və protokolda Şəxs X8 döydüyü göstərilsə də, cinayət işinin başlanmasının rədd edilməsi qərarında bu hal öz əksini tapmamış, iş materiallarına xəsarəti müəyyən edən ekspert rəyi əlavə olunmamış və hadisəni görən şahidlər dindirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil Şəxs hesabına köçürülsün. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-302/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-302/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver