Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-303/2022 26.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Qobustan rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Sündü kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 iyul 2022-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində gecə saatlarında sərxoş vəziyyətdə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 iyul 2022-ci il tarixdə yaşadığı Qobustan rayonunun Sündü kəndindəki evində olarkən spirtli içki qəbul etmişdir. Səhhətində ağrılar baş verdiyindən Qobustan rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə zəng vurmuş, lakin onlardan cavab olmadığına görə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Bir müddətdən sonra Qobustan rayon polis şöbəsinin əməkdaşları təcili tibbi yardımın həkimləri ilə onun yaşadığı evə gələrək ona ağrıkəsici iynə vurmuşlar. Ağrının təsirindən səs-küy salmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahat verərək göstərdi ki, 22 iyul 2022-ci il tarixdə gecə saat 23:15 radələrində Qobustan rayon polis şöbəsində əməliyyat qrupunda olarkən Qobustan rayon Sündü kənd sakini Şəxs təcili tibbi yardım həkimlərinin onun çağırışına gəlmədiyinə görə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Bununla bağlı Sündü kəndinə gedərkən kənd ərazisində TTY həkimləri ilə rastlaşmışlar. Həkimlər ona Sündü kənd sakini Şəxs sərxoş vəziyyətdə olduğunu və ona sakitləşdirici iynə vurduqlarını, lakin Şəxs səs-küy salaraq kənd sakinlərini narahat etdiyini demişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. 23 iyul 2022-ci il tarixli “nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 519 saylı aktından görünür ki, Şəxs 23 iyul 2022-ci il tarixdə alkoqol sərxoşluğu vəziyyəti vardır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-303/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-303/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver