Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-305/2021 29.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxx 1965-cı ildə Şamaxı rayonunun Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Xilmilli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 29 dekabr 2021-ci il tarixdə Qobustan rayonunun Xilmilli kənd sakini X1 30 kiloqram qara dəmir oğurlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Rəcəbov Aslan adlı şəxslə əvvəlcədən heç bir tanışlığı yoxdur. Əlzaman və Şamil həmkəndliləridir və münasibətləri daima normal olmuşdur. 17 dekabr 2021-ci il tarixdə kəndə bir neçə şəxsin dəmir almağa gəldiyini görmüşdür. Həmin şəxslər ondan dəmir satıb-satmadığını soruşduqda o, həmin şəxslərə öz həyətində dəmir olduğunu lakin balaca və hissə-hissə olduğunu bildirmişdir. Dəmir alan şəxslər onunla razılaşmış və o, həyətində olan bir neçə dəmir parçasını ümumi 10 manat qarşılığında adını bilmədiyi həmin şəxslərə satmışdır. X3 məxsus olan dəmir parçasının harada olması barədə heç bir məlumatı yoxdur. Səhvini başa düşür. X4 izahatında göstərdi ki, bir müddət əvvəl ona məxsus olan bir qədər dəmir parçası naməlum şəraitdə yoxa çıxmışdır. O, həmin dəmir parçasını axtardıqda Qobustan rayon Çalov kəndində Aslan adlı şəxsdə olduğunu müəyyən etmişdir. 17 dekabr 2021-ci il tarixdə oğlu Şamil ilə birlikdə həmin kəndə getmiş və Aslan adlı şəxsdən həmin dəmiri haradan aldığını soruşmuşdur. Aslan adlı şəxs həmin dəmiri Xilmilli kəndində Sadovu küçəsindən gətirdiyini demişdir. Onlar birlikdə Qobustan rayon Xilmilli kəndinə gəldikdən sonra Aslan adlı şəxs həmin dəmiri 17 dekabr 2021-ci ildə Xilmilli kənd sakini Bəhmənyardan aldığını bildirmişdir. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin 27 dekabr 2021-ci il tarixli cinayət işlərinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona iki yüz saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-305/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-305/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver