Məhkəmə qərarları › İş №3(026)-305/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-305/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-305/2023 25.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Mmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 avqust 2023-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində X1 həyətindən 90 manat dəyərində alüminium ləyəni oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Xəyal Məmmədov həmkəndlisidir. Münasibətləri daima normal olmuşdur. 11 avqust 2023-cü il tarixdə Qobustan rayon Nabur kəndində olmuşdur. Maddi imkanı zəifdir. Pula ehtiyacı olduğu üçün 11 avqust 2023-cü il tarixdə pulu olmadığı üçün Xəyal Məmmədovun evinə girib oğurluq etmək qərarına gəlmişdir. 06 avqust 2023cü il tarixdə saat 23 radələrində də Xəyalın evinin həyətində yerləşən kiçik tikiliyə daxil olmuş, oradan 02 ədəd yemək bişirmək üçün istifadə edilən alüminium ləyəni oğurlamışdır. Oradan çıxarkən ləyəni əzmiş və Bakı şəhərinə aparmış, 07 avqust 2023-cü il tarixdə Bakı şəhərində “Şamaxinka” adlanan yerdə tanımadığı bir nəfər şəxsə satmışdır. 11 avqust 2023-cü il tarixdə də yenidən alüminium ləyən oğurlamaq üçün Xəyal adlı şəxsin həyətində olan tikiliyə daxil olmuş, ev sahibi bunu görüb o tikilidə olarkən qapını bağlamışdır. Polis əməkdaşlarına məlumat vermişdir. Oradan 02 ədəd yemək bişirmək üçün istifadə edilən alüminium ləyəni oğurlamış və həmin ləyənləri 60 manat qarşılığında satmışdır. Həmin tikiliyə daxil olarkən tək olmuşdur. Bakı şəhərinə əzdiyi ləyənləri tanımadığı şəxsin avtomobili ilə aparmışdır. Əməlindən peşmandır. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 oktyabr 2023-cü il tarixli qərarında göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə Əmtəəşünaslıq Ekspertizasının 29 oktyabr 2023-cü il tarixli 9/6826 nömrəli rəyindən görünür ki, 02 ədəd ümumi çəkisi 60 kq olan alüminium ləyənlərin orta istismar müddəti və orta istismar inrensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına orta bazar qiymətinin ümumi dəyəri nəzəri qaydada təxminən 90,00 manat (2ədx45man) müəyyən edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib bir ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar