Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-305/2025 15.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxx 1986-cı ildə Şamaxı rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Çalov kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X9 tərəfindən HK- 1/324 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 09 sentyabr 2025-ci il tarixli qərarla Şəxs bıçaqla X5 ölümlə hədələməsi faktı təsdiqini tapmadığından və toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 əməlində İXM-in 510-cu maddəsinin tərkibi olduğundan barələrində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin X2 göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 07 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində Şəxs yaşadığı Qobustan rayonu, Çalov kəndində olan evinə qonaq qismində dəvət etdiyi həmkəndlisi X7 ilə yeyib-içəndən sonra yaşadığı evin qarşısındakı küçədən sonuncunu yola salan zaman ona pivə içmək təklif etmiş, həmin vaxt Qürbət Sədyarov sərxoş olduğu üçün Şəxs ünvanına söyüş söymüş və oradan uzaqlaşmış, Şəxs da ünvanına olunan söyüş səbəbindən əsəbiləşmiş və küçədə X3 ünvanına nalayiq ifadələr işlədərək onu söymüşdür. Bundan sonra Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 15 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 07 sentyabr 2025-ci il tarixdə küçədə uca səslə söyüş söymüşdür. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X4 protokolu müdafiə edərək bildirdi ki, 07 sentyabr 2025-ci ildə axşam saatlarında Qobustan rayonu, Çalov kəndində Qürbət Sədyarov və Şəxs sonuncunun evində yeyib-içdikdən sonra küçədə olarkən Şəxs Qürbət Sədyarova pivə içməyi təklif etmiş, Qürbət Sədyarov isə Şəxs söyüş söyərək oradan uzaqlaşmağa çalışmış, bundan əsəbiləşən Şəxs isə küçədə Qürbət Sədyarovun ünvanına nalayiq ifadələr işlədərək onu söymüşdür. Bundan sonra Qürbət Sədyarov həm “102” xidmətinə zəng etməklə, həm də Qobustan RPŞ-yə ərizə yazmaqla Şəxs onu bıçaqla hədələməsi barədə məlumat vermiş, araşdırma zamanı cinayət işinin başlanması rədd edilsə də, onların hər ikisinin əməlində İXM-in 510-cu maddəsinin əlamətləri olması nəzərə alınaraq protokol tərtib edilməsi zəruri hesab edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 sentyabr 2025-ci ildə Bakıdan gəldikdən sonra axşam saatlarında Qobustan rayonunun Çalov kəndində yerləşən öz evində Qürbət Sədyarovla yeyib-içdikdən sonra küçədə ona pivə içməyi təklif etsə də, Qürbət Sədyarov onu söymüşdür. Buna əsəbiləşib o da Qürbət Sədyarovu söymüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, onlar iki nəfərə təxminən yarım litrə yaxın araq içmişlər. O, törətdiyi əməldən peşmandır. Özü Suqovuşanın azad olunmasına görə medalla təltif edilmişdir və Vətən müharibəsi iştirakçısıdır, himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs Vətən müharibəsi iştirakçısı olmasının və əməlindən peşman olaraq onu etiraf etməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, Şəxs törətdiyi əməli etiraf etməsini nəzərə alıb, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs Qobustan rayonu, Çalov kəndində küçədə uca səslə söyüş söyməklə ictimai qaydanı pozan hərəkətlərə yol verməsi iş materialları ilə təsdiq olunur. Şəxs da özünü İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, peşman olduğunu bildirmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmançılığını və himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını (21 iyun 2008-ci il və 01 noyabr 2009-cu il təvəllüdlü), eləcə Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, İXM-in 33.1.7-ci maddəsinə uyğun olaraq, xırda xuliqanlıq əməlinin Şəxs tərəfindən sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. İXM-in 510-cu maddəsinin sanksiyasında isə 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını və əməlini etiraf edib səmimi peşmançılığını bildirməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-305/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-305/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver