Məhkəmə qərarları › İş №3(026)-31/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-31/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-31/2024 12.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 fevral 224-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)-29/2020 saylı icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)-29/2020 saylı icra sənədinə əsasən 10 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 06 iyun 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 7358 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin Qobustan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 3(026)-232/2020 saylı qərardadı ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətində həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 22 yanvar 2021-ci il tarixli 8(026)-2/2021 saylı qərardadı ilə borclu Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon məhkəməsinin 26 iyul 2022-ci il tarixli 1(026)- 13/2022 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 29 yanvar 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Borclu barəsində qanunda nəzərdə tutulmuş tədbirlər görülsə də o, bu günə kimi aliment borcunu tam ödəməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)- 29/2020 saylı icra sənədinə əsasən 10 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 06 iyun 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 7358 manat aliment borcu yaranmışdır. Heç bir yerdə işləmədiyinə və maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)- 29/2020 saylı icra sənədindən görünür ki, 10 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 06 iyun 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin Qobustan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 3(026)-232/2020 saylı qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətində həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 22 yanvar 2021-ci il tarixli 8(026)-2/2021 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon məhkəməsinin 26 iyul 2022-ci il tarixdli 1(026)-13/2022 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə həbs edilsin. Həbsetmənin əvvəli 12 fevral 2024-cü il tarixdən hesab edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar