Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-31/2025 19.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 694 ünvanında 06 noyabr 2024-cü il tarixdə saat 10:29-da X7 və digər iki nəfərin əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt tərtib olunmuş yoxlama aktı (00336 nömrəli, 06 noyabr 2024-cü il tarixli) və toplanmış digər materiallarla təsdiq edilir. Məhkəmənin 06 fevral 2025-ci il tarixli iclasında iştirak etmiş protokolu tərtib edən X11 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, 06 noyabr 2024-cü il tarixdə “ASAN Xidmət”in Əmək münasibətləri monitorinqi mərkəzi şöbəsi tərəfindən həm sifarişçisi, həm də podratçısı Şəxs MMC olan tikinti obyektində yoxlama həyata keçirilmiş, yoxlama zamanı 16 nəfər yoxlanılmışdır. Həmin 16 nəfərdən 13 nəfərinin əmək müqaviləsi əsasında həmin tikintidə çalışdığı müəyyən edilsə də, digər 3 nəfərin nə əmək, nə də hər hansı mülki müqaviləsinin olmadığı müəyyən olunmuşdur. Yoxlamanın nəticələri ilə bağlı yoxlama aktı və arayış tərtib olunmuş və X11 Xidmətinə göndərilmişdir. Bundan sonra X11 Xidməti tərəfindən 26 noyabr 2024-cü il tarixdə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 19 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 qeyd etdi ki, barələrində tərtib olunmuş 26 noyabr 2024-cü il tarixli protokolda və həmin protokolun tərtib olunması üçün əsas olmuş yoxlama aktında göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, yoxlama aktında Şəxs MMC tərəfindən 3 nəfərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilmişdir. Həmin şəxslərdən Vüsal Həsənov əvvəllər də Şəxs MMC-də işləmiş, lakin 26 iyul 2024-cü ildə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin sonradan o yenidən əmək münasibətləri yaratması üçün MMC-yə müraciət etmişdir. Onunla əmək müqaviləsinin bağlanması üçün “SİMA” proqramında qeydiyyatdan keçməsi tələb olunmuşdur. 06 noyabr 2024-cü ildə monitorinq keçirən şəxslər tikinti obyektinə daxil olan zaman sözügedən üç şəxs sənədləşdirmə işləri ilə bağlı artıq ərazidən uzaqlaşmağa başlamış, hər hansı işlərin aparılmasına cəlb olunmamışlar. Vüsal Həsənovun “SİMA” proqramı 06 noyabr 2024-cü ildə aktivləşdiyinə görə onun əmək müqaviləsi 07 noyabr 2024-cü ildə bağlanılmışdır. X15 21 oktyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək, hörgüçü işinə qəbul olunmasını xahiş etmişdir. Lakin onun da “SİMA” proqramı ilə bağlı problemləri olduğuna görə həmin şəxsə sənədlərini qaydasına qoyduqdan sonra müraciət etməli olduğu bildirilmişdir. 06 noyabr 2024-cü il tarixədək Əli Qəniyevlə əmək münasibətləri olmamışdır. Yalnız yoxlamanın keçirildiyi gün Əli Qəniyev yaxınlaşaraq “SİMA” proqramı ilə bağlı problemi aradan qaldırdığını və əmək müqaviləsinin təsdiq oluna biləcəyini bildirmişdir. Bundan sonra həmin gün onunla bağlanılan əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, ona görəcəyi işlər izah olunmağa başlanmışdır. Digər şəxs olan Əkbər Gözəlov isə işə qəbulla bağlı müraciət etsə də, onun ümumiyyətlə başqa bir şirkətlə bağladığı aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. Yoxlama aparılan zaman həmin 3 şəxs də tikinti obyektində olmuş, işlərə cəlb edilməmiş olsalar da, monitorinq aparan şəxslər tərəfindən obyektdən kənara çıxmalarına icazə verilməmişdir. Bildirdi ki, Əli Qəniyevin əmək müqaviləsi hətta yoxlamanın aparıldığı müddətdə hüquqi qüvvəyə minmişdir. Şəxs MMCnin işçilərinin özünəməxsus geyimi olsa da, həmin 3 şəxsin üzərində bu cür geyim də olmamışdır. Həmçinin bildirdi ki, sözügedən 3 şəxsdən ikisi – Əli Qəniyev və Vüsal Həsənov hazırda rəsmi əmək müqaviləsi ilə Şəxs MMC-də işləyirlər, digər 1 nəfər Əkbər Gözəlovun isə hazırda harada olması və işləməsi barədə MMC-də məlumat yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, onlar barəsində tərtib olunmuş protokol əsassızdır. Ona görə də xahiş edir ki, protokol ləğv edilərək yenidən araşdırma aparılması üçün material geri qaytarılsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Şəxs MMC-nin ofisində olub orada işləməyə başlaması ilə bağlı razılıq əldə etsələr də, onun “SİMA” proqramı işləmədiyinə görə onunla əmək müqaviləsi bağlanıla bilməmiş, ona daha sonra müraciət etməsi bildirilmişdir. Bundan sonra o, tikinti obyektində işə qəbul olunacağı üçün görəcəyi işlərlə tanış olmaq istəmişdir. O, obyektin içərisində olarkən onun da üzərində fərqləndirici geyim və qoruyucu kaska olmuşdur. Bu zaman obyektə yoxlama gəlmiş, yoxlama gələndə o, hər hansı bir işin görülməsinə cəlb olunmamışdır. Yoxlama zamanı o da videoya çəkilmişdir. O, hazırda Şəxs MMC-də əmək müqaviləsi ilə işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, əvvəllər də əmək müqaviləsi ilə Şəxs MMC-də işləmiş, lakin sonradan öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bunun üzərindən bir müddət keçdikdən sonra yenidən Şəxs MMC-yə işə qəbul olunması ilə bağlı müraciət etmiş, müraciətinə müsbət cavab verilmişdir. Lakin “SİMA” proqramında problem olduğuna görə əmək müqaviləsi həmin gün təsdiq olunmamışdır. Buna baxmayaraq, o, işlərlə tanış olmaq üçün tikinti obyektində olmuş, bu zaman yoxlama gəlmişdir. Həmin vaxt onun tərəfindən hər hansı bir iş görülməmişdir, lakin yoxlama zamanı o da videoya çəkilmişdir. Məhkəmə bildirir ki, əmək müqaviləsi olmadan Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb olunduğu qeyd edilən X4 hazırda faktiki olduğu yeri müəyyən edib məhkəmə iclasında şahid qismində dindirmək mümkün olmamışdır. İXM-in 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 22 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli, 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək münasibətləri və məşğulluq altsistemlərindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 694 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxs MMC-də (VÖEN: **********) 2024-cü ilin 5-7 noyabr tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12 münasibətlərinin monitorinqi mərkəzi şöbəsi tərəfindən plandankənar yoxlamanın (monitorinqin) həyata keçirilməsi qərara alınmışdır. İşdəki Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 00336 nömrəli, 06 noyabr 2024-cü il tarixli aktından, Şəxs MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan və digər sənədlərdən görünür ki, Şəxs MMC-də 06 noyabr 2024-cü ildə saat 10:29-dan 11:28-dək aparılmış yoxlama zamanı 16 nəfər yoxlanılmış, tikinti obyektinin sifarişçisi və podratçısı Şəxs MMC tərəfindən işə cəlb edilmiş 13 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 3 şəxslə isə bağlanılmadığı aşkar olunmuşdur. Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilən şəxslərin siyahısı aşağıdakı kimidir: 1) X15, 2) X8 və 3) X9. Yoxlamada iştirak etmiş hüquqi şəxsin nümayəndəsi aktda etirazlarını əsaslandırarkən qeyd etmişdir ki, Qəniyev Əlinin sənədlərini “SİMA” proqramı qəbul etmədiyinə görə sənədləri yarım saat gecikmiş, Həsənov Vüsal əvvəlcədən portalda olsa da, qardaşı rəhmətə getdiyinə görə müvəqqəti portaldan çıxarılmışdır, Gözəlov Əkbər isə yeni işə başladığına görə portala götürülməsi həmin gün veriləcəkdir. Təqdim edilən sənədlərdən görünür ki, elektron informasiya sistemində X15 ilə əmək müqavəsi monitorinqin keçirildiyi gün saat 10:49-da, X8 ilə isə monitorinqdən bir gün sonra 07 noyabr 2024-cü il tarixdə bağlanmış, X9 isə aktiv əmək müqaviləsi əsasında başqa hüquqi şəxsin ("xxxx" QSC-nin) əməkdaşı olmuşdur. Bundan əlavə, iş materiallarına surəti əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 3(103)-306/2025 saylı qərarından görünür ki, göstərilən yoxlamanın nəticələrinə uyğun olaraq 3 nəfərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə Şəxs MMC-nin direktoru X10 da İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarla 3000 manat məbləğində cərimə edilmişdir. X10 həmin inzibati xəta haqqında qərardan şikayət vermiş olsa da, əvvəlcə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 3(001)-78/2025 saylı, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 3(103)-306/2025 saylı qərarları ilə onun şikayəti təmin olunmamış, sözügedən əsasla Şəxs MMC-nin direktoru X5 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması nəticəsinə gəlinmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:
1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə bildirir ki, X7, X6 və X4 monitorinq aparılan tarixdə faktiki olaraq işə cəlb edilmələri iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi Pərvin Abbasov yalnız Şəxs MMC-nin işçiləri üçün xüsusi geyimlər nəzərdə tutulduğunu bildirsə də, yoxlamanın görüntülərini əks etdirən videoçəkilişdən aydın olmuşdur ki, həmin zaman Əli Qəniyev də işçilərlə eyni geyimdə olmuşdur. Bundan başqa, Vüsal Həsənovun əvvəllər portalda olub sonradan müvəqqəti portaldan çıxarıldığı bildirilsə də, bu, öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, Vüsal Həsənovun əmək müqaviləsinə əvvəlcə 26 iyul 2024-cü ildə xitam verilmiş, daha sonra o, yoxlama zamanı tikinti obyektində olarkən qüvvəyə minmiş əmək müqaviləsi olmamış, yalnız yoxlamadan 1 gün sonra onunla əmək müqaviləsi bağlanmışdır. Əkbər Gözəlov barəsində isə qeyd olunmalıdır ki, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Pərvin Abbasov onun başqa bir şirkətlə aktiv əmək müqaviləsi olduğuna görə ümumiyyətlə işlərə cəlb edilmədiyini bildirsə də, yoxlamada iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi öz izahatında Əkbər Gözəlovun işə yeni başladığına görə portalda həmin gün qeydə alınacağını bildirmişdir. Göründüyü kimi, Əkbər Gözəlov da əslində həmin gün işlərə cəlb olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-nin direktoru X10 barəsində qeyd edilən 3 şəxsin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi səbəbilə İXMin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında qərarın qanuniliyi əvvəlcə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 3(001)-78/2025 saylı, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 3(103)-306/2025 saylı qərarları ilə də öz təsdiqini tapmışdır. Hüquqi şəxsin vəzifəli şəxsi kimi onun direktorunun inzibati məsuliyyətə cəlb edilməsi isə hüquqi şəxsin özünün də inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, X15, X8 və X9 ilə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC tərəfindən sonradan Əli Qəniyev və Vüsal Həsənovla əmək müqaviləsi bağlanmasını, Əkbər Gözəlovun isə işlərdən kənarlaşdırılmasını hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 25, 31, 40, 43, 48-51, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Samir Mayılov