Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-310/2023 30.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 11:00-da idarə etdiyi VAZ-21074 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən saxlanılmış və onun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 24 oktyabr 2023-cü il tarixdə idarə etdiyi VAZ-21074 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla rayonunun Ərəbqədim kəndi yaxınlığında olan əkin sahəsindən gələrkən polis əməkdaşları tərəfindən saxlanılmış və həkim müayinəsindən keçərkən özünün sərxoş olduğunu bildirmişdir. Özü sərxoş olduğunu etiraf etmişdir. Ona görə müayinədən keçməyə ehtiyac bilməmişdir. Həmin vaxtı traktoristə apardığı arağı özü içmişdir. Əməlindən peşmandır. Bir daha tövbə etmişdir. 24 oktyabr 2023-cü il tarixli 213 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə müayinə olunmaqdan imtina etmişdir. Qobustan rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(026)-179/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İXM-in 34-1-ci maddəsinə əsasən 500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında 30 oktyabr 2023-cü il tarixli çıxarışında Şəxs ikinci dərəcəli əlil olduğu göstərilir. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ikinci dərəcəli əlil olmasını və ailə vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İXM-nin 34- 1-ci maddəsinə əsasən inzibati cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İXM-in 34-1-ci maddəsinə əsasən 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-310/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-310/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver