Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-319/2024 02.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X9 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Babaşov Ehtiram Etibar oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1985-ci Ağdam rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Cabir Novruz küçəsi ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 29 sentyabr 2024-cü il tarixli Mİ ******* nömrəli protokolda Şəxs üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından az narkotik vasitə aşkar olunduğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi YPXA-nın 3-cü taqımından daxil olmuş 29 sentyabr 2024-cü il tarixli İXP ******* saylı protokolunda Şəxs “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə müvafiq olaraq stasionar yol postunda saxlanıldığı, hərəkətləri şübhə doğurduğundan müayinə olunduğu, nəticədə avtomobili narkotik vasitələrin təsiri aldında sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Qobustan rayon məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 3(026)-319/2024 saylı qərardadı ilə hər iki material bir icraatda birləşdirilmişdir. Protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Babaşov Ehtiram Etibar oğlu izahatında bildirdi ki, daxil olmuş məlumat ilə əlaqədar olaraq Şəxs 29 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq idarə etdiyi avtomobildən aşkar edilərək götürülməklə qablaşdırılmış əşyalara Qobustan RPŞ-də onun tərəfindən baxış keçirilmiş və həmin əşyalar götürülmüşdür. Həmin əşyaları baxış keçirən zaman müəyyən edilmişdir ki, 29 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X5 rayonu ərazisində BDYPİ-nin stasionar postunda Şəxs üzərinə və idarə etdiyi “KİA” Sportage markalı **-RY-*** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılmış və həmin avtomobildən 04 ədəd bükülüdə spesifik iyə malik yaşıl rəngli kütlə aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri ərazisində qızıl alqı-satqısı ilə məşğul olur. Əvvəllər də narkotik vasitə istifadə etmişdir. Bundan 25-27 gün əvvəl Ağsu rayonu ərazisində yerdən narkotik vasitə tapmış və həmin narkotik vasitəni 4 bükülüyə ayıraraq gələcəkdə istifadə etmək üçün saxlamışdır. 29 sentyabr 2024-cü il tarixdə isə Qobustan rayonu ərazisində stasionar postun əməkdaşları tərəfindən saxnılmış və əməkdaşlar tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsi müəyyən edilmişdir. Avtomobildə axtarış aparılmış və 04 bükülüdə 1.5 qram narkotik vasitə aşkar edilmişdir. Bükülüləri özü üçün bölmüşdür. Heç kimə narkotik vasitə verməmişdir. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206ci və İXM 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında qərarlarından görünür ki, Şəxs 29 sentyabr 2024-cü il tarixli şübhəli şəxs qismində tutulmuş və 30 sentyabr 2024-cü il tarixdə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, Şəxs idarə etdiyi “KİA” Sportage markalı **-RY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.15 qram, 0.32 qram, 0.28 qram, 0.17 qram olmaqla ümumi təmiz çəkisi 0.92 qram olan bitki mənşəli kütlələr tərkibindən narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 01 oktyabr 2024-cü il tarixli 6576 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabionidlərin və Psixostimulyatorun qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “MEDUS” klinikasının 29 sentyabr 2024-cü il tarixdə verdiyi 4644 saylı protokolda göstərilir ki, Şəxs müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan THC pozitiv (+) olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon Polis Şöbəsinin TQ-nun 01 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə X1 peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş X3 törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 206-cı maddəsinə əsasən tənbeh tətbiq edilməli, onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü və 31.4-1-ci maddələrinə əsasən 206-cı maddəsi ilə 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. X6 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(026)-319/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-319/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver