Məhkəmə qərarları › İş №3(026)-32/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-32/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-32/2024 28.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxıb MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayonunun Cəyirli kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xətalar törətməsi barədə 3(026)-32/2024 və 3(026)-35/2024 saylı inzibati materiallar daxil olmuşdur. İş materiallarında olan İXP ******* saylı protokoldan görünür ki, Şəxs VAZ-21214 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə EQ 15987572, EQ 15989030, EQ 17287150 və EQ 17287193 saylı qərarlara əsasən və İXP ******* saylı protokolla isə VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə isə EQ 16364038, EQ 17373249 və EQ 16952951 saylı qərarlara əsasən inzibati cərimə edilmişdir. Həmin cərimələri ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə həmin inzibati işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 3(026)-32/2024 saylı işə 3(026)-35/2024 saylı iş birləşdirilərək baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 114-cu maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 3(026)-32/2024 saylı işə 3(026)-35/2024 saylı iş birləşdirilərək baxılsın. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar