Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-320/2022 10.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X3 katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, xx xxxxx 1981-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azərbaycan Respublikası İXM-in 394- 1.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında ******* nömrəli protokolda Qobustan rayon İcra Hakimiyyəti tərəfindən Qobustan rayonunun M.Ə. Sabir küçəsində 48 mənzilli yaşayış binasının tikilməsinə icazə verilmiş, lakin sənədlər 3 iş günü müddətində komitəyə reyestrə daxil edilməsi üçün təqdim edilməmişdir. Bununla da Qobustan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini icra edən Şəxs Azərbaycan Respublikası İXM-in 394-1.1-ci maddəsinin tələblərini pozduğu göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Qobustan Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini icra edən Şəxs Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinin tələblərini pozaraq, Qobustan şəhəri, M.Ə.Sabir küçəsində 48 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənəd və məlumatları 3 (üç) iş günü müddətində vahid formasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, həmin Məcəllənin 394-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, digər tikililərin sənədlərini vaxtında vermişlər, lakin iş qrafiki gərgin olduğundan qanunvericiliklə müəyyən edilmiş Qobustan şəhəri, M. Ə. Sabir küçəsində yerləşən 48 mənzilli yaşayış binasının tikintisinə dair tələb olunan sənədləri Komitəyə vaxtında təqdim etməmişdir. Bir daha belə hallara yol verməyəcək. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş 07 iyul 2020-ci il tarixli obyektin tikintisinə icazə verilməsi haqqında sənəddən görünür ki, Qobustan şəhəri, X5 küçəsində 0,60 ha və ya 600 kv.m torpaq sahəsində 48 mənzilli, 4 mərtəbəli, 2 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti tərəfindən rayonun ərazisində tikintisinə icazə verilən, lakin sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti obyekti barədə 15 iyul 2022-ci il tarixli aktdan görünür ki, Qobustan RİH-in xx.xx.2022-ci il tarixli 5/120 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi xx.xx.2019-cu il tarixdən Qobustan Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Şəxs həvalə edilmişdir. . Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X1 izahatını dinləyib işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirərkən qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri qanunla müəyyən edilmiş müddətdə göndərmədiyi və təqdim etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 394- 1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Azərbaycan Respublikası İXM-in 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulan qaydada inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-320/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-320/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver